“Bu günə kimi Ermənistanın hərbi-siyasi rəhbərliyi barəsində başlanan cinayət işləri üzrə çoxsaylı istintaq hərəkətləri həyata keçirilib”.
Oxu24com.-un müxbirinin məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, bu günə kimi bu işlərlə bağlı 350 şahid dindirilib:
“İstintaq hərəkətləri çərçivəsində 1715 nəfər zərərçəkmiş şəxs qismində tanınıb və dindirilib. 17 ballistik ekspertiza, 290 məhkəmə-ekspertiza, 20 tibbi-kriminalistik sosioloji ekspertizalar təyin edilib”.
Oxu24.com
ŞƏRHLƏR