Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40631
az

"Ordumuz Laçına doğru irəliləyir, an məsələsidir..." - HƏRBİ EKSPERT

14:3628 Oktyabr, 2020
883
HƏRBİ
  • A

“Qubadlı şəhəri azad olunduqdan sonra ordumuzun Laçın ərazisinə daxil olmağı gözlənilən idi. Hazırda Laçın rayonu ərazisində demək olar ki, bir çox kəndlər işğaldan azad edilib və ordumuz daha dərinliyə doğru irəliləyir”.

Bu sözləri Redaktor.az-a hərbi ekspert Əbuzər Əbilov deyib. O bildirib ki, Laçın dəhlizinin işğaldan azad olunması Ermənistanla Dağlıq Qarabağ ərazisinin birləşdirən üçüncü yolun bağlanması deməkdir:

“Azərbaycan Ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində ilk olaraq Zəngilan rayonun Mincivan qəsəbəsi ərazisindən Ermənistana gedən yolu bağlandı.

Murov yüksəkliyini azad edilməsi ilə Ermənistandan Kəlbəcərə gedən yol da nəzarətə götürülüb. Laçın dəhlizi də azad olunandan sonra Ermənistan tərəfi məğlubiyyətdən qaça bilməyəcək”.

Hərbi ekspert Xocavənd istiqamətində şiddətli döyüşlərin getdiyini bildirib:

“Artıq Xocavənd istiqamətində də döyüşlər gedir. Xocavənd şəhərinin və ətraf kəndlərin götürülməsi an məsələsidir. Ermənilər artıq həmin istiqamətdə müqavimət göstərə bilmir. Cəbrayıl ərazisi düşməndən təmizləndikdən sonra Qarabağın ürəyinə gedən yol ordumuzun qarşısında tamamilə açıldı. Xocavənd ərazisi də işğaldan azad olunduqdan sonra Ağdam tərəfində olan erməni qüvvələr tamamilə məhv ediləcək. Bir sözlə, ordumuz aypara şəkilində düşməni müharisəyə alıb, onu məğlub edib, müharibəyə son qoyacaqdır”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün şəhid polkovnik-leytenant Raquf Orucovun doğum günüdür
Pərviz Xəlilzadə xəstəxanada açıqlama verdi - VİDEO
Bu gün Şükür Həmidovun şəhid olduğu gündür

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü