Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40577
az

Müharibədən sonra bu şəxslər HƏBS EDİLƏCƏK

23:3526 Oktyabr, 2020
948
QARABAĞ
  • A

“Müdafiə  Nazirinin əmrinə əsasən hərbi xidmətdə smartfonların işlədilməsi qadağan olunub. Həmin qadağaları pozanlar kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq sərt şəkildə cəzalandırılmalıdır”.

Oxu24.com xəbər verir ki, bu sözləri Redaktor.az-a hərbi ekspert Üzeyir Cəfərov cəbhə xəttindən müəyyən şəxslər tərəfindən video və fotoların yayılması ilə bağlı danışarkən deyib. O bildirib ki, xüsusilə döyüş aparılan ərazilərdə smartfon tipli telefonlar olması, onlarla hər hansı video və fotonun çəkilib paylaşılması düşmənə kömək rolunu oynayır:

“Düşmənin həmin foto ya videodan istifadə edərək, zabitlərimizin yerini təsbit edib, həmin nöqtələrə artileriya zərbələri endirir. Müharibə vəziyyətində belə özbaşnalıq olmaz. Demək olar ki, müharibənin son mərhələsindəyik və belə məsuliyyətsiz davranışlar bizə çox böyük problemlər yaradır. Necə ki, əvvəlki illərdə biz bunun şahidi olmuşuq. Hesab edirəm ki, bunu edənlər araşdırılmalıdır. Hazırda komandirlərin döyüşlərə başı qarışdığı üçün bəzi məsuliyyətsiz şəxslər bundan müəyyən qədər istifadə edir. Amma döyüş əməliyyatları bitdikdən sonra həmin şəxslər barəsində mütləq tədbir görüləcək”. 

Hərbi ekspert sosial şəbəkələrdə şəhidlərin fotolarını paylaşanlara da öz iradını bildirib:

“Əvvala şəhidlərimizin hər birinə Allahdan rəhmət diləyirəm. Onlar bizim üçün əziz və dəyərlidir. Amma döyüşlərin davam etdiyi bir zamanda onların şəkillərinin paylaşılması qəti şəkildə doğru deyil.

Birincisi, bunu paylaşmaqla insanların ruh yüksəkliyinə, psixoloji durumuna mənfi təsir göstərirlər. Çünki biz insanıq, istər-istəməz pis oluruq, mənən sarsıntı keçiririk. Nisbətən daha həsas olan insanlar var ki, onlar bunu daha ağır formada yaşayırlar. İndiki məqamda isə buna əsla yol vermək olmaz. İndi bizim möhkəm olmağımız lazımdır. Bu, həm də ordumuz üçün də vacibdir.

İkincisi, ermənilər bir çox Azərbaycan səhifələrini, profillərini çox aktiv şəkildə izləyir və paylaşılan şəhid şəkillərini götürüb, öz hesablarında paylaşıb təhqir edirlər. Siz o şəkili paylaşanda bilməliniz ki, sizi təkcə azərbaycanlılar, dost ölkələrin vətəndaşları yox, həm də düşmən izləyir. Onlar əlbəttə ki, şəhid şəkilinə xoş söz yazmayacaq. Bu baxımdan hər hansı bir addım atmazdan əvvəl dərindən düşünmək lazımdır”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kəlbəcərdə yük maşını çay yatağına aşdı, sürücü öldü
“140 mindən çox insan Qarabağ və Şərqi Zəngəzura geri dönəcək”
Milli Xalça Muzeyinin Şuşa filialı 31 ildən sonra bərpa edildi

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Ötən ay dövlət sərhədini pozmağa çalışan 30 nəfər saxlanılıb - DSX