Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40563
az

Pakistan Azərbaycan üçün bunu da etdi: Erməni terrorunu...

19:3326 Oktyabr, 2020
456
DÜNYA
  • A
Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı məqsədli şəkildə törədilmiş terrorizmi dünya ictimaiyyətinə çatdırmaq və bu terror nəticəsində ölkəmizin Gəncə, Mingəçevir və digər yaşayış məskənlərində həlak olmuş həmvətənlərimizin əziz xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasının İslamabaddakı Səfirliyinin binası önündə guşə yaradılıb. Azərbaycanın Pakistandakı Səfirliyindən APA-ya verilən məlumata görə, güşəni Pakistanın bir sıra rəsmi şəxsləri, bu ölkədə yerləşən diplomatik missiyaların və beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar, Pakistan ictimaiyyətinin və KİV-lərinin nümayəndələri, eləcə də bu şəhərdə yaşayan azərbaycanlılar ziyarət edirlər. Ziyarətçilər erməni terrorunu özündə əks etdirən posterlərin, şəkillərin və şuarların yer aldığı güşə ilə tanış olub, onun qarşısında şamlar yandırmaqla, eləcə də güllər və oyuncaqları qoyaraq qətlə yetirilənlərin xatirəsinə öz ehtiramlarını ifadə edirlər. Səfirliyin binasının yerləşdiyi yolun kənarında quraşdırılmış böyük monitorda isə Gəncə və digər şəhərlərimizin dinc əhalisinə qarşı həyata keçirilmiş çoxsaylı raket hücumlarının nəticələrini və fəsadlarını əks etdirən sənədli filmlər nümayiş etdirilir və məlumatlar çatdırılır. Güşəyə baş çəkən ziyarətçilər, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüququ, Cenevrə Konvensiyasının öhdəliklərini, eləcə də elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi vəhşilikləri pisləyərək Azərbaycanla həmrəyliyini və ölkəmizin özünü müdafiə hüququna dəstəyini ifadə edirlər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zelenski Orbanın planını niyə rədd etdiyini izah edib
Macarıstan Ermənistana pul verməyə icazə verdi
Çindən gələn elektrik avtomobilləri Avropada bahalaşacaq

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bakıda qadın həkimi şantaj edib 42 minini alıblar