Ötən 27 ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) öz qətnamələrinin icrasına nail olmayıb.
Oxu24.com bildirir ki, hazırda Azərbaycan bu missiyanı öz üzərinə götürüb və 874 saylı qətnamənin (14 oktyabr 1993-cü ildə qəbul olunub) tələblərinin bir hissəsini artıq yerinə yetirib.
Qətnamə atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının son dövrlərdə işğal etdiyi Füzuli (23 avqust 1993), Cəbrayıl (26 avqust 1993), Qubadlı (30 sentyabr) və digər ərazlərdən geri çəkilməsini tələb edib.
Qətnamədə həmçinin əvvəlki 822 və 853 saylı qətnamələrə əməl edilməsi tələbi də öz əksini tapıb.
Sentyabrın 27-dən indiyədək Azərbaycan Ordusu Cəbrayıl şəhəri və eyni adlı rayonun kəndlərini, Füzuli şəhərini, eyni adlı rayonun kəndlərini, həmçinin Zəngilan şəhərini, eyni adlı rayonun 6 kəndini Ermənistanın işğalından azad edib. Bununla da Azərbaycan dövləti BMT TŞ-nin 874 saylı qətnaməsinin tələblərinin bir hissəsini artıq yerinə yetirib.
Oxu24.com
ŞƏRHLƏR