Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40246
az

Dinc əhaliyə qarşı şiddət və təhdid qəbulolunmazdır - İsrail səfiri

20:2916 Oktyabr, 2020
734
HƏRBİ
  • A

Dinc əhaliyə qarşı şiddət və təhdid qəbulolunmazdır.

 Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəsmiləri ilə görüşdə İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik deyib.

Görüş zamanı diplomatik nümayəndəliyin rəhbərinə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatları, Azərbaycanın işğal altında olmayan şəhər və rayonlarının məqsədyönlü şəkildə artilleriya və raketlərdən atəşə tutulması, dinc əhaliyə qarşı törədilmiş əməllər haqqında geniş məlumat verilib, baş verənlərə beynəlxalq ictimaiyyət tərəfindən adekvat münasibət bildirilməsinin vacibliyi vurğulanıb.

Səfir mülki insanların ölümü ilə nəticələnən hücumların narahatlıq doğurduğunu qeyd edib: "Biz dinc əhalinin hədəfə alınmasını qətiyyətlə pisləyirik. Gəncə, Mingəçevir, Bərdə, Tərtər və bir sıra şəhər və rayonların raket və ağır artilleriyadan intensiv atəşə tutulmasına, insanların, o cümlədən uşaqların yaralanmasına və həlak olmasına gətirib çıxaran son hadisələrdən çox təsirləndik. Baş vermiş faciə ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram."

İsrail xalqının dost Azərbaycan xalqı ilə hər zaman həmrəy olduğunu söyləyən səfir Corc Dik İsrail Dövlətinin Azərbaycana humanitar yardımın göstərilməsinə hazır olduğunu bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün şəhid polkovnik-leytenant Raquf Orucovun doğum günüdür
Pərviz Xəlilzadə xəstəxanada açıqlama verdi - VİDEO
Bu gün Şükür Həmidovun şəhid olduğu gündür

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır