Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Qarabağa sülhməramlıların göndərilməsi məsələsi ilə bağlı danışıb.
Oxu24.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Peskov sülhməramlı, yaxud müşahidəçilərin regionda yerləşməsinin yalnız rəsmi Bakı və Yerevanın qarşılıqlı razılığı ilə mümkün ola biləcəyini bildirib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev də ötən gün “HaberTürk” telekanalına verdiyi müsahibədə Qarabağa sülhməramlıların yerləşdirilməsinin yalnız Azərbaycan və Ermənistanın birgə razılığı ilə mümkün ola biləcəyini bildirmiş, lakin bunun ən son variant olduğunu qeyd etmişdi.
Oxu24.com
ŞƏRHLƏR