Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40201
az

Düşmən panikada: Azərbaycan, Türkiyə və Ukrayna birləşir

16:3015 Oktyabr, 2020
12250
  • A
Regionun ən böyük ölkələrindən biri Ukraynadır. Ukrayna həm də Qara dəniz sahilində olan bir ölkədir. Bu baxımdan, Türkiyə ilə münasibətlərin müsbət məcrada inkişaf etməsi Türkiyənin, həm də bütövlükdə regionun xeyrinə olan bir hadisədir. Publika.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenskinin bu gün Türkiyəyə səfərini şərh edən Milli Strateji Tətqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri qeyd edib. N.Mirinin sözlərinə görə, Ukrayna ilə Türkiyənin əməkdaşlığına Cənubi Qafqazda Türkiyənin qardaş ölkəsi olan Azərbaycanı da əlavə edəndə bölgədə bir stabillik ayparası yaranır: “Bu baxımdan, Türkiyə artıq regionda bir stabilləşdirici güc mərkəzinə çevrilir. Ona görə də Ukrayna kimi çox əhəmiyyətli ölkələr artıq üzünü Türkiyəyə döndərirlər. Bir şeyi də yaddan çıxarmayaq ki, Türkiyəni bu gün həm də cəlbedici edən onun çox sürətlə inkişafı və hərbi yöndə çox böyük nailiyyətlər əldə etməsidir. Bir də Azərbaycanın Qarabağdakı işğalda olan torpaqlarını azad etməsi kontekstində Türkiyənin geosiyasi ağırlığını ortaya qoymasıdır. Bütün dünya gördü ki, Türkiyə Azərbaycanı müdafiə etdi deyə, Azərbaycanın çox ciddi uğurları ortaya qoyuldu və həmin proses bu günün özündə də davam edir. Düşünürəm ki, əslində, Azərbaycanın Qarabağdakı işğal altında olan torpaqlarını azad etməsi hadisəsi gələcək perspektivdə postsovet məkanındakı münaqişə ölkələrinə də bir presedent yaradacaq. O baxımdan, Türkiyə artıq çox cəlbedici bir ölkəyə çevrilib və Ukrayna kimi, bir Slavyan ölkəsinin Türkiyə ilə yaxınlaşması əlbəttə ki, Türkiyənin həm Qara dəniz hövzəsində, həm də bütövlükdə regionda mövqelərini gücləndirir. Əlbəttə ki, bu da gələcək perspektivdə regiona stabillik verir”. Regionda güc balansının müəyyən mənada dəyişdiyini deyən N.Miri diqqətə çatdırıb ki, bu, heç də Rusiyanın xeyrinə olacaq bir durum deyil: “Ona görə ki, Rusiya Qara dənizdə tək hegemon güc iddiasında olan bir ölkədir. Ancaq qarşısında Türkiyə kimi ciddi donanması olan bir ölkə var. Bunun üzərinə bir də NATO müttəfiqlərini və Ukraynanı da gəlsək, əlbəttə ki, artıq Qara dənizdə Türkiyənin daha güclü mövqeyə gələcəyi anlamına gəlir. Əslində, bu da regiona stabillik vəd edir. Bu, Ukraynanın məxsus olduğu Qara dəniz hövzəsində də, qardaş Azərbaycanla əməkdaşlıq çərçivəsində Cənubi Qafqazda da belədir. Düşünürəm ki, əslində, Türkiyə-Ukrayna yaxınlaşması yaxın perspektivdə bu xüsusda problemləri olan ölkələrə, hətta Yaxın Şərqdə olan bəzi ölkələrə bir örnək xarakteri daşıyacaq”. Rusiyanın Türkiyə-Ukrayna yaxınlaşmasından narahat olacağını vurğulayan N.Miri xatırladıb ki, Ukrayna dünənə kimi Rusiyanın “arxa bağçası” hesab olunurdu: “Üçüncü “Maydan” hərəkatından sonra Rusiya demək olar ki, Ukraynanı birdəfəlik itirdi. Krımın, eyni zamanda Donbas əyalətinin işğalı da məhz bununla əlaqədardır. Niyə? Çünki Rusiya qorxdu ki, NATO-nun Rusiyanı çevrələmək siyasəti artıq Ukraynada “Maydan” hərəkatından sonra daha da sürətlənəcək. Ona görə də Rusiya dərhal Krımı, həm də Qara dənizin limanı olan Sevastapolu işğal etməklə, Qara dənizdə mövqelərini gücləndirdi ki, ən azından NATO-nun Qara dənizdə hegemon olmasına imkan verməsin. Belə vəziyyətdə NATO üzvü olan Türkiyənin 60 milyona yaxın əhalisi olan Ukrayna ilə hərbi cəhətdən çox ciddi əməkdaşlıqda olması və bu yaxınlaşma Rusiyanın mövqelərini Qara dənizdə zəiflətdiyi kimi, Türkiyənin mövqelərini güclədir ki, bu da Rusiyanın geosiyasi maraqlarına uyğun deyil. Ayrıca, Türkiyə Krımın işğalını qəbul etmir, Krım tatarlarının hüquqlarının tapdandığını iddia edir. Əlbəttə ki, bu da Rusiyanın geosiyasi maraqlarına xidmət etmir. Ona görə, Ukrayna-Türkiyə yaxınlaşması Rusiyanı hər zaman narahat edib və düşünürəm ki, yenə də bu, Rusiyanı narahat etməyə davam edəcək”. Qeyd edək ki, bu gün Ukrayna prezidenti Vladimir Zelenski Türkiyəyə rəsmi səfər edəcək. Məlumata görə, oktyabrın 15-dən 17-dək davam edəcək səfər çərçivəsində Ukrayna və Türkiyə hərbi əməkdaşlıq barədə razılaşma imzalayacaqlar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Kiyevin müdafiəsinə hazırlaşmağa başladı
SON DƏQİQƏ! Rusiyaya zərbə endirilib: Ölən və xeyli yaralı var
Belqorod vilayətində raket təhlükəsi elan edilib

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü