Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4018
az

Bu gecə dünya dəyişəcək: son əsrin ən böyük olayı və "İncil"dəki fəlakət qeydi

19:3227 İyul, 2018
1063
DÜNYA
  • A
 Bu gecə Yer kürəsi xüsusi bir təbiət hadisəsini müşahidə edəcək. Qanlı Ay tutulması və Marsla Yer qarşıdurması yaşanacaq. Bu son yüz ilin ən uzun Ay tutulması olacaq. Alimlər bu günlə bağlı müxtəlif iddialar irəli sürür.

Publika.az xəbər verir ki, Hollandiyalı zəlzələ mütəxəssisi Frank Hoogerbeets bu gecə yaşanacaq hadisələrdən sonra 6 və ya 8 bal gücündə zəlzələ baş verə biləcəyini bildirib.

F. Hoogerbeets bu tutulmanın tektonik piltələri hərəkətə keçirdiyini deyib. O, bu hərəkətliliyin 6-8 bal gücündə zəlzələyə səbəb ola biləcəyini vurğulayıb.
Xristianların müqəddəs kitabı "İncil"də də "Ay qan rənginə bürünəndə fəlakət əlamətləri başlayacaq”, - deyə yazılıb.

Qanlı Ay tutulması ən yaxşı Yaxın Şərq, Qərbi Afrika və Qərbi Asiyada izləniləcək. Ay Yerin kölgəsində qalanda Ay tutulması baş verir. Ay saatda 3456 km sürətlə hərəkət etdiyinə görə Ay tutulması təxminən 40 dəqiqə davam edir. Günəş işıqları Yerə düşdüyünə görə Ay tamamilə qeyb olmur. Dünyaya düşən işıqlar mavi rəngi udub, qırmızı rəng əks etdirdiyinə görə Dünyanın kölgəsi də qırmızı olur.

Adətən, ildə iki dəfə Ay tutulması baş verir, nadir hallarda heç tutulma olmur və ya ildə üç dəfə baş verir. Bu dəfə baş verəcək tutulma isə ilin ən uzun Ay tutulması olacaq.

Bu gecə Mars, Yupiter və Saturn Yerə ən yaxın məsafədə olacaq. Göy üzü çox parlaq şəkildə görünəcək. İyulun 27-dən 28-ə keçən gecə baş verəcək Ay tutulması Azərbaycan ərazisində də tam müşahidə olunacaq. Ay tutulması iyulun 27-də axşam saat 22:24:27-də başlayacaq, iyulun 28-i gecə saat 02:19:00-da başa çatacaq. Tam tutulma 23:30:15-də başlayacaq, maksimum tutulma 00:21:44-də olacaq. Tam tutulma 01:13:11-də başa çatacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-da yeni
Bəy gəlini
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ