Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40165
az

"Ermənistan can verir, hərbi rəhbərliyi fiaskoya uğrayıb" - AÇIQLAMA

20:1314 Oktyabr, 2020
541
HƏRBİ
  • A

“Azərbaycan Ordusu durmadan irələyir və daha böyük uğurlara imza atır”.

Bunu KONKRET.az-a açıqlamasında deputat Jalə Əliyeva bildirib.

O, qeyd edib ki, 30 ildən artıqdır ki, düşmən tapdağı altında olan torpaqlarımız azad edilir:

“Əlbəttə, biz bunun üçün ilk öncə Ali Baş Komandan cənab İlham Əliyevə borcluyuq. Cənab Prezidentin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində bütün bu nailiyyətləri biz əldə edə bilirik. Qəhrəman əsgərlərimizə və şanlı ordumuza, xalqımıza da minnətdarıq. Çünki bu günlərdə hər zaman olduğundan daha çox birliklə olduq. Bu, xalqın, ordunun və dövlətin birliyidir. Bu 3 böyük amilin qələbə və döyüşlər üçün səfərbər olması sayəsində Azərbaycan bu uğurlarını əldə edir. Ordumuz uğurlarını davam etdirəcək”.

Deputat vurğulayıb ki, Ermənistan artıq can verir, hərbi rəhbərliyi fiaskoya uğrayıb:

“Onlar bunu dərk edir və məğlubiyyətlərini anlayıb, həzm edə bilmədikləri üçün mülki insanlara qarşı terror aktları həyata keçirirlər. Ordu ilə döyüşmək əvəzinə əliyalın dinc insanlara raketlərlə hücumlar təşkil edirlər. Əlbəttə bu, bağışlanmazdır. Gəncədə baş verənlərə beynəlxalq ictimaiyyət öz qiymətini verəcək. Hərbi məhkəmə mütləq bu caniləri cəzalandıracaq. Çünki müharibənin şərtləri başqadır. Müharibə zonasından uzaq məkanda insanlara silah atılması yolverilməzdir. Bunun adı hərbi terror və cinayətdir. Biz bu uğurlarımız münasibəti ilə başda cənab Prezidentimiz olmaqla hər bir azərbaycanlını təbrik edirəm. Ordumuza təşəkkür edirəm. Yaşasın Azərbaycanımız! Biz əminik ki, bu qələbələrimizin sayı günü-gündən artacaq. Qısa müddət ərzində işğaldan azad etdiyimiz torpaqlarımızın sayını durmadan artıracağıq.  Üçrəngli şanlı bayrağımızı hər bir bölgəmizdə dalğalandıracağıq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün şəhid polkovnik-leytenant Raquf Orucovun doğum günüdür
Pərviz Xəlilzadə xəstəxanada açıqlama verdi - VİDEO
Bu gün Şükür Həmidovun şəhid olduğu gündür

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ