Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40064
az

Yeni gəlişmə: Türkiyə hərəkətə keçdi – Lavrova Ermənistan xəbərdarlığı

01:2012 Oktyabr, 2020
1327
DÜNYA
  • A

Ermənistan Moskvada elan edilmiş atəşkəsi pozdu. Gecə boyunca edilən hücumlar zamanı 9 mülki həyatını itirdi, 34 nəfər yaralandı. Türkiyə baş verən olayların ardından addım atdı.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Haber7” saytı məlumat yayıb.

Türkiyə Xarici İşlər Nazirliyi atəşkəsi pozan Ermənistana reaksiya verib:

“Ermənistanın bu gün humanitar atəşkəsi pozaraq Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə raket hücumunu qətiyyətlə pisləyirik. Münaqişə zonasından 100 km Gəncədəki bir mənzilin vurulması, doqquz mülki şəxsin öldüyü və 39 nəfərin yaralandığı bu hücum, Ermənistan rəhbərliyinin münaqişəni işğal olunmuş Azərbaycan ərazilərindən kənara yaymaq üçün təxribatlarının yeni bir nümunəsidir. Bu hücum həm də Ermənistanın beynəlxalq humanitar hüququ pozmaqda hər hansı bir əngəl görmədiyini və qanunsuz işğala davam etmək üçün atəşkəs dilini anlamadığını ortaya qoyur. Ermənistanın bu təcavüzkar hərəkətləri təəccüblü deyil, işğalçı və təcavüzkar düşüncənin açıq bir təzahürüdür. Beynəlxalq ictimaiyyət bu qanunsuzluğu dayandırmalıdır.

Hücumda şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik və Can Azərbaycana başsağlığı diləyirik. Türkiyə həmişəki kimi Azərbaycanın yanındadır”.

Digər tərəfdən, xarici işlər naziri Mövlud Çavuşoğlunun rusiyalı həmkarı Sergey Lavrovla görüşdüyü və onlardan ermənilərə atəşkəsə riayət etmələri üçün xəbərdarlıq etmələrini xahiş etdiyi bildirilib.

Sayt qeyd edib ki, Azərbaycanla Ermənistan arasında dünən yerli vaxtla saat 12:00-da başlayan atəşkəsdən 24 saat keçməmiş erməni qüvvələri atəşkəsi pozaraq Gəncə, Ağdam və Tərtər rayonlarına raket və top zərbələri endirib:

“Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada, xüsusilə Gəncədə baş verən hücumlarda 9 mülki şəxsin öldüyü, uşaqlar da daxil olmaqla 40-a yaxın insanın yaralandığı bildirilib. Atəşkəs razılaşmasına baxmayaraq, Ermənistan mülki yaşayış məntəqələrinə hücumlarını davam etdirir.

Ermənistan ordusunun Gəncə şəhərinə raket hücumunun təhlükəsizlik kameraları ilə çəkilmiş görüntüləri ortaya çıxıb.

Zərbələr münaqişə bölgəsindən 100 kilometr aralıda yerləşən Gəncə şəhərindəki bir mənzilə dəyib, nəticədə 9 mülki insan ölüb və 39 nəfər yaralanıb. Ermənilərin hücumları nəticəsində işğal olunmuş Qarabağ torpaqlarına və mülki insanlara hücum edən Ermənistan ordusuna məxsus PUA Azərbaycan ordusunun hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib”.

 

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə qalib gəlir -CANLI/YENİLƏNİR
Tramp seçilsə, NATO-nun planını ALT-ÜST EDƏCƏK: "Gürcüstan və Ukrayna..."
Estetik klinikanın həkimi bu əməlinə görə CƏRİMƏLƏNDİ

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Sumqayıtda yeniyetmələr arasında bıçaqlanma - Video