Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40046
az

Azərbaycan Ordusunda film kimi hadisə: Əsgər özünü qumbaranın üstünə atıb komandirin xilas etdi

21:1811 Oktyabr, 2020
3735
ÖZƏL BÖLÜM
  • A

Maştağa kəndinin sakini Əliağa Eldəniz oğlu Məmmədov. 255 saylı məktəbi bitirən, Akademik Musiqili Teatrda işıqçı işləyən gənc.

Vətən Müharibəsində qəhrəman olmuş Əliağa. Döyüşdə düşmən minaatanlardan atəşə başlamışdı. Əliağa minalardan birinin tabur komandirinin yanına düşəcəyini sezir. İrəli atılır, komandiri yerə yıxır, vücudunu ona sipər edir. Mina partlayır, qəlpələr Əliağanın bədəninə sancılır. Əliağa canı bahasına komandiri xilas edir.

Maştağadakı dəfn mərasimində tabur komandiri iştirak edə bilmədi: hücum əməliyyatında olduğuna görə. Amma o, Əliağanın valideynlərinə telefonla ismarıc yollayıb:

"Övladınız məni həyatı bahasına xilas etdi, taburun hücumunun qarşısını almağa çalışan düşmənə mane oldu. Belə şücaəti, qəhrəmanlığı yalnız filmlərdə görmüşdüm, kitablarda oxumuşdum.

Bu gün oğlunuzu itirsəniz də, məni oğul saya bilərsiniz. Cəbhədən qayıdan kimi oğul təki xidmətinizdəyəm. Həyatımı sizə borcluyam".

İşıqçı Əliağa indi əbədi nur içrədir. Budur Azərbaycan xalqı..

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni alınan hərbi təyyarələr haqda ilginc faktlar: Bir ədədin qiyməti… – VİDEO
Rusiyanın bu silahı var imiş - Kreml rəsmi video yaydı
Azərbaycan orduusnun əməliyyata keçirdiyi məxsi

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ