Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39932
az

ŞƏHİD ANASININ PREZİDENTDƏN RİCASI... - “Yalvarıram, Ordumuzu dayandırmayın!”

23:0409 Oktyabr, 2020
646
HƏRBİ
  • A

Vətən müharibəsi davam edir. Qəhrəman ordumuz tarix yazır. Ali Baş Komandan israrlıdır: torpaqdan pay olmayacaq! Tarix boyunca tarixi Azərbaycan torpaqlarını pay-püşk edənlərə ən yüksək şəkildə cavab verildi, işğalçılar ya məhv ediləcəklər, ya da “iti qovan kimi qovacağıq!”
Millətin ürəyindən tikan çıxarır prezidentin hər çıxışı. Şəhid valideynlərinin yanan ürəyinə sərin su səpir əsgərimizin hər zəfəri! Azərbaycan xalqını bu günlərdə yenidən kəşf etdik, bir-birimizi yenidən sevdik. Nə böyük xalq imişsən sən! 1989-cu ildəki “İlin xalqı”ndan da böyük, möhtəşəm, əzəmətli! O zaman xalq ayaqda idi, müstəqillik uğrunda mübarizə aparırdı, varlığı ilə bütün dünyaya səs salmışdı. Bu günsə sevgili xalqım gül üzlü, polad biləkli övladlarını ŞƏHİD verir, “Vətənə qurbandır” deyərək.
Övladının ay-ulduzlu, üçrəngli bayrağımıza bükülmüş tabutunu köksünə sıxan Samirə bacımın dediklərini ömrümün sonunadək unutmayacağam. Şəhidimiz Əli Rzalını Vətən torpağına uğurlamağa gəlmiş minlərlə insana xitabən “ağlamayın, mən də ağlamıram, Əli torpaq uğrunda şəhid olub, başımızı uca eləyib! Prezidentimizə deyin, yalvarıram, ordumuzu dayandırmasın!”
Bu günlərdə hamının dərdi də birdir, sevinci də. Şəhid dəfnində ordumuzun zəfər xəbəri gəlir, insanlar göz yaşını boğaraq qələbəni qutlayırlar. Nuru qardaşımızın dediyi kimi, Azərbaycan bayrağını bu millətə bir daha sevdirdi şəhidlərimiz. Bayrağı qaldırmaq, daşımaq, avtomobilindən, eyvanından asmaq qutsal bir ənənəyə çevrildi bu Vətən savaşında.
Amma bu döyüşlər bir daha bizə dərs olsun, dost-düşmənimizi tanımaq baxımından. Dünyanın ədaləti bu imiş... Ermənistanı “kiçik bacı” sayan Fransa dövlətinin başçısı nəinki həmsədrlik statusuna, əxlaqa, kişiliyə sığmayan bir mövqe nümayiş etdirdi. Azərbaycanın tarixi torpaqlarını azad etməsinə qarşı çıxmaqla özünün 1993-cü ildə qəbuluna səs verdiyi BMT TŞ qətnamələrinə tüpürdü...
Düzdür, bunların “ədalətini” biz qondarma “erməni soyqırımı”nı inkar edən qanunu qəbul edəndə görmüşük. Ermənistanın Azərbaycan torpaqlarını işğalını kor gözləri ilə görüblər, Xocalı soyqırımını törədənlərin özlərinə bəraət qazandırdıqlarını kar qulaqları ilə eşidiblər. Elə 27 sentyabrdan bəri 30-dan çox dinc sakinimiz həlak olub, Ermənistana qarşı sanksiya tətbiq etmək əvəzinə, işğalçının başqa bir “bacısı” Almaniya Azərbaycana təzyiq göstərilməsi təşəbbüsü ilə çıxış edir. Nə məsələdir? Nijde sevdalı, faşizm ideyalı olanlarla bunların nə alış-verişi varmış?
1992-ci il yada düşür. Azərbaycanın ordusu erməni təcavüzünü dəf etmək üçün uğurlu əməliyyatlara başlamışdı, Xankəndinin bir neçə km-liyinə çatırdı. ABŞ Konqresi Azadlığı Müdafiə Aktına 907-ci düzəlişi qəbul etdi, ölkəmizə sanksiya tətbiq olundu. Tarix təkrar olunur? Axı ABŞ Konqresi elə bu yay Ermənistanın işğalçı dövlət kimi tanıdı, bəs hanı nəticəsi?!
Azərbaycan öz əraziləri uğrunda savaş aparır, faktiki olaraq BMT TŞ-nin qətnamələrinin yerinə yetirilməsi missiyasını təkbaşına öz üzərinə götürüb. Buna görə beynəlxalq aləm antiterror koalisiyasının üzvü olan (!) ordumuza təşəkkür etməli, Ermənistandan tələb olunmalıdır ki, işğala dərhal son qoysun. Ancaq...
Birilərinin maskası cırıldı bu, pandemiyalı günlərdə... Dolayısı ilə onların da əli Azərbaycan şəhidlərinin qanına bulaşıb. Mingəçevirə, Abşerona, Yevlaxa, Bərdəyə, Ağcabədiyə... mərmilər yağdıran, Bakı-Ceyhan boru kəmərini sıradan çıxartmağa çalışan Ermənistana layiq olduğu cavabı vermək, bu, terrorçu dövləti cəzalandırmaq, rəhbərliyini Haaqa Məhkəməsi qarşısında əlibağlı dayandırmaq əvəzinə, yenə də boş çağırışlar edirlər. “Narahat imişlər”... Məqsəd bəllidir, Ermənistan nəfəs dərsin, özünə gəlsin, işğal davam etsin.
Ancaq bu dəfə keçməyəcək. Necə ki, Prezidentinin köməkçisi Hikmət Hacıyev demişkən “biz artıq status-kvonu dəyişdik”. Dəyişən çox şey olacaq, əgər Ermənistan rəhbərliyi nəticə çıxarmasa... İlham Əliyev əslində humanistlik göstərib, “Ermənistan rəhbərliyi yaxşı düşünsün, hələ ki gec deyil”, deyərək.
Bunun müqabilində Paşinyan Əliyevin ayaqlarına yıxılmalı, əlindən öpməlidir ki, onu əfv etsin. Əks təqdirdə onu ya Azərbaycan əsgəri cəzalandıracaq, ya da böyük itkilər verən erməni xalqı özü. Azərbaycanın ərazi bütövlüyünü tanıması, işğala son verməsi onu xilas edə bilər. Dünya gördü ki, bütün Azərbaycan şəhid olmağa hazırdır, amma Qarabağın itirilməsinə yox!
Deyirlər ilan ulduz görəndə ölür. İnşallah, bu zəhərli ilanlar Azərbaycan-Türkiyə bayraqlarındakı ay-ulduzu başlarının üstündə görəndə tam məhv olacaqlar. Az qalıb... 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün şəhid polkovnik-leytenant Raquf Orucovun doğum günüdür
Pərviz Xəlilzadə xəstəxanada açıqlama verdi - VİDEO
Bu gün Şükür Həmidovun şəhid olduğu gündür

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır