Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3982
az

Zukerberq iki saata 17 milyard dollar itirdi

11:0426 İyul, 2018
716
DÜNYA
  • A
 Analitiklərin mənfi proqnozlarının yer aldığı rüblük hesabat dərc olunduqdan sonra “Facebook” şirkətinin səhmlərinin kəskin şəkildə ucuzlaşması Mark Zukerberqə 17 milyard dollara başa gəlib.

Oxu24.com “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, şirkət bu hesabatdan sonra 130 milyard dollar itirib.

Agentliyin məlumatına görə, bu, sosial şəbəkə tarixində səhmlərin ən kəskin ucuzlaşmasıdır və bununla Zukerberq planetin varlı insanları siyahısında 3-cü yeri əldən verə bilər.

Hesabatda deyilir ki, “Facebook” rüblük gəliri 13 milyard dollar olub. Bu isə planlaşdırılmış göstəricidən az olub. Sosial şəbəkədən gündəlik istifadə edənlərin sayı 1,47 milyard olub. Ancaq planlaşdırılmaya əsasən, bu rəqəm 1,49 milyard olmalı idi.

Mark Zukerberq iyulun əvvəlində planetin ən varlı insanları siyahısında 3-cü olub. Onun sərvəti 81,6 milyard dollar olaraq qiymətləndirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Terrorçular  hərbçilərə hücum ediblər
Qorbaçov xəstəxanaya yerləşdirilib
ABŞ qadağan olunmuş raketlərin istehsalına başladı