Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39794
az

Putin: Döyüşlər Ermənistan ərazisində aparılmır

14:5907 Oktyabr, 2020
535
DÜNYA
  • A

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ ətrafındakı vəziyyəti faciə adlandırıb və Rusiyada bununla bağlı çox narahat olduqlarını bildirib.

BAKU.WS Trend-ə istinadla xəbər verir ki, o bu sözləri “Rossiya 24” telekanalına müsahibəsində deyib.

V.Putin bu münaqişənin tezliklə başa çatacağına ümidvar olduğunu bildirib:

“Biz ümid edirik ki, ən yaxın zamanda bu münaqişə baş çatacaq. Lakin o, birdəfəlik həll edilməsə, belə görünür ki, bu, tezliklə olmayacaq, biz istənilən halda, mən bir daha demək istəyirəm ki, atəşi dayandırmağa çağırırıq. Bunu mümkün qədər tezliklə etmək lazımdır”.

Rusiya Prezidenti əlavə edib ki, Ermənistan rəhbərliyinin Rusiyaya müttəfiqlik öhdəliklərinin icrası ilə bağlı sualı yoxdur:

"Məlum olduğu kimi, Ermənistan KTMT üzvüdür və bizim bu müqavilə çərçivəsində müəyyən öhdəliklərimiz var. Çox təəssüf ki, döyüşlər hələ də davam edir. Amma döyüşlər Ermənistan ərazisində aparılmır. Öhdəliklərimizə gəldikdə, biz onları yerinə yetirmişik, yerinə yetiririk və yerinə yetirəcəyik".

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yakutiyada hərbi hissələri tərk edən 26 əsgər saxlanılıb
Kursk vilayətində raket təhlükəsi elan edilib
"Putin və Tramp Ukrayna ilə bağlı dialoq aparmır"

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı