Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39682
az

Çavuşoğludan SON DƏQİQƏ Qarabağ açıqlaması

19:2305 Oktyabr, 2020
686
DÜNYA
  • A

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Ermənistana Azərbaycan torpaqlarından çıxması üçün çağırış etməlidir.

BiG.AZ Publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO-nun Baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransında səsləndirib.

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çıxış edən nazir Ermənistan ordusunun Azərbaycanın dinc əhalisinə hücumlarını sərt dillə qınayıb: “Ermənistanın dinc əhalisini hədəf alması yeni hadisə deyil. Xocalıda 630-dan çox insan vəhşicəsinə qətl edilmişdi. İyul ayında Ermənistan yenə mülki əhalini hədəf almışdı. İndi isə münaqişə bölgəsində həm hərbi, həm də mülki şəxslərə hücumlar təşkil olunur. Uşaqlar daxil olmaqla, bir çox dinc insan həlak olub. Son günlərdə Ermənistan Gəncə, hətta paytaxt Bakıya raket zərbələri endirməyə başlayıb. Azərbaycan isə öz torpaqlarında mübarizə aparır. Öz torpaqlarını terrorçu və işğalçılardan azad etmək üçün döyüşür. Burada hər kəs Azərbaycana dəstək verməlidir. Amma beynəlxalq qurumlar Ermənistanı dəstəkləyən açıqlamalar verir. NATO Ermənistana geri çəkilmə çağırışı etməlidir”.

NATO-nun Baş katibi isə Ermənistanla bağlı suala “atəşkəs elan edilməlidir” cavabını verməklə kifayətlənib. O qeyd edib ki, Türkiyə Qarabağda atəşkəs elan edilməsi üçün regional nüfuzundan istifadə etməlidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baqdasaryandan sensasion etiraf: Bizə yalan danışdılar, Azərbaycan hərbçiləri...
Ermənilər Xankəndini belə tərk edir - Qarabağdan qaçış başladı - VİDEO
Binəli Yıldırım Şuşaya gedib - FOTO

Bəy öz toyunda da noutbukda işlədi -SƏRT TƏNQİD OLUNDU

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Vahid Mustafayevin mağazasından - 330 minlik oğurluq