Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39592
az

Ermənistan həmişə muzdlulardan ölkəmizə qarşı istifadə edib

22:1303 Oktyabr, 2020
446
QARABAĞ
  • A

Ermənistan tərəfində xarici ölkələrdən gətirilən muzdlu döyüşçülərin olması ilə bağlı Azərbaycanda kifayət qədər faktlar var.

Oxu24.com xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanda xarici ölkələrdən gətirilmiş muzdlu döyüşçülərin olması ilə bağlı suala cavab verərkən deyib.

O bildirib ki, əldə olan faktlar, dəlillər beynəlxalq miqyasda olan tərəfdaşlarımıza təqdim edilib:

"Ermənistan Silahlı Qüvvələrinin tərkibində Yaxın Şərqdən gətirilmiş terrorçular, muzdlu şəxslər iştirak edirlər. Onlar cəbhənin ön xəttinə çıxarılırlar. Bu təkcə bu gün deyil, həmişə Ermənistan tərəfindən muzdlulardan, terrorçulardan ölkəmizə qarşı istifadə olunub.

Hətta son dövrlərdə bir sıra ölkələrdə, Avropa ölkələrində olan erməni əsilli şəxslərin muzdlular kimi Azətbaycana qarşı gəlib döyüşlərdə iştirak etməsi barədə faktlar var ki, bizdə kanallardan istifadə edərək aidiyyəti ölkələrə müraciət edirik ki, öz vətəndaşlarına sahib çıxsınlar. Onları bu kimi qeyri-qanuni hərəkətlərdən çəkindirsinlər. Xüsusilə də Yunanıstandan və başqa ölkələrdən belə məlumatlar daxil olur. Onların da bir məqamı diqqətlərinə çatdırırıq ki, əgər bu qəbildən olan şəxslər Azərbaycanın işğal altında olan ərazilərinə gəlib Azərbaycanın mülki əhalisinə, hərbçisinə qarşı silahdan istifadə edərlərsə, onlar beynəlxalq humanitar hüququna əsasən, kompatant anlayışını daşıyırlar. Və onlar legitim hərbi hədəfdirlər ki, Azərbaycan Silahlı Qüvvələri tərədindən də onların zərərsizləşdirilməsi istiqamətində bütün addımlar atılacaq".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün Kəlbəcər Şəhəri Günüdür
Ağdamın işğaldan azad olunmasından 4 il ötür
"Şuşa" həbsxanası ilə bağlı yeni xəbər -VİDEO

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT
Bakıda iş adamı yazdığı mesaja görə qadın işçisini döyüb- Video