Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Ermənistanın təcavüzkar siyasətini bir daha pisləyib.
Türkiyə prezidenti bu sözləri Beynəlxalq Dəniz Hüququ və Şərqi Aralıq Dənizi Simpoziumunda deyib:
“Dünən Azərbaycan torpaqlarına hücum edən Ermənistanı bir daha qınayıram. Türkiyə bütün dəstəyi və ürəyi ilə qardaş Azərbaycanın yanında olmağı davam etdirəcək. Bölgədə Dağlıq Qarabağ böhranı ilə başlayan münaqişəyə artıq son verməyin zamanıdır. Ermənistanın dərhal işğal etdiyi torpaqları tərk etməsi ilə bölgə yenidən sülhə qovuşacaq”.
Oxu24.com
ŞƏRHLƏR