Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3939
az

Mehman Hüseynov buraxılacaq?

20:0524 İyul, 2018
1060
CƏMİYYƏT
  • A
 Həbsdə olan bloqçu Mehman Hüseynovun anası ağır xəstədir və o, 10 günə yaxındır reanimasiyada müalicə alır.

OXU24ŞCOM AZXEBER.COM-a istinadən xəbər verir ki, bu barədə BBC News Azərbaycancaya Mehman Hüseynovun atası Rafik Hüseynov məlumat verib. Onun sözlərinə görə, oğlunun anası ilə görüşməsi üçün müvafiq qurumlara ötən həftənin şənbə günü müraciət olunub. "Ürəyində olan problemə görə, kliniki ölüm keçirib. Ürəyi dayanmışdı və bu müddət ərzində komadadır".

Bloqçunun vəkili Fuad Ağayev deyib ki, "anasının səhhətində ciddi problemlər olduğu üçün Mehmanın qısa müddətli azadlığa buraxılması" üçün Cəzaçəkmə müəssisəsinin rəhbərliyinə və Penitensiar xidmətə müraciət olunub.

 
Fuad Ağayev əlavə edib ki, "qısa müddət deyəndə bir həftə nəzərdə tutulur. Müraciət Mehman Hüseynov və onun digər vəkili Şəhla Hümbətova tərəfindən imzalanıb və rəsmi qurumlara təqdim olunub". Onun sözlərinə görə, hələ də rəsmi qurumlardan müraciətlərinə cavab almayıblar.

Vəkil bildirib ki, bloqçunun anasının xəstəliyini təsdiq edən sənədlər də rəsmi qurumlara təqdim olunub.

Ədliyyə Nazirliyi Penitensiar xidmətdən isə bildiriblər ki, bu kimi müraciətlərə fərdi qaydada baxılır. Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov deyib ki, "müraciətə baxılıb qanunvericiliyə uyğun cavab ona veriləcək". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
Viaqra effekti verən qidalar – SİYAHI
Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil