Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39276
az

Payız allergiyasından qorunmaq üçün BUNLARI EDİN

21:5624 Sentyabr, 2020
638
TİBB
  • A

Həkimlər bildirirlər ki, allergiya dedikdə ilk ağlımıza yaz fəsli gəlsə də, payızda da bu kimi hallarla rastlaşa bilirik.

Günümüzdə allergik rinit və astma kimi xəstəliklərə nəzarət edilə bilir. Bununla mübarizədə ən önəmlisi allergiyaya səbəb olanlardan uzaq durmaqdır.

Bəs bunun üçün nə etməliyik?

Oxu24.com medicina.az-a istinadən bildirir ki, şəffaf rəngli burun axması, ard-arda asqırma, burun tıxanması, qıcıqlanma şəklində olan öskürək, burunda, damaqda, gözlərdə sulanma və qaşıntı, baş və üz ağrısı, iy və dadbilmə pozuntuları, halsızlıq, yorğunluq, yuxu problemləri, diqqət əksikliyi, dəri quruluğu, bütün bunlar payız allergiyasının göstəriciləri ola bilər.

Payız allergiyasından qorunmaq üçün bunları edin:

• Quru və küləkli havada mümkünsə çölə çıxmayın.
• Soyuq hava və isinmə problemləri səbəbi ilə yaranan rütubətli məkanlarda durmayın.
• Xüsusi ilə də bağça və torpaq işlərinin görüldüyü bu zamanda, torpağa yerləşmiş göbələklərə və ya kiflərə qarşı tədbirinizi alın. Bağça işlərində əlcək, maska kimi qoruyucu vasitələrdən istifadə edin.
• Toz allergiyanız varsa, payızda evində, xüsusuilə də günəş almayan otaqlarda kifə qarşı diqqətli olun. Otağı havalandırın. Rəngləmə kimi işləri yay aylarında edin. Və həmin otağı mümkünsə yataq otağı kimi istifadə etməyin.
• Toz allergiyanız varsa, evdəki bəzək və aksesuar kimi lazımlı görmədiyiniz əşyaları ortalıqda qoymayın. Kitablarınızı qapalı şkaflarda tutmağa çalışın.
• Evinizin havalandırılmasını axşam saatlarında edin. Evdəki kondisionerinizi isitmək üçün istifadə etsəniz belə, filtrlərini dəyişdirin.
• Qurumuş və tökülmüş ağac yapraqlarının bol olduğu yerlərdə gəzintiyə və pikniyə çıxmayın.
• Çölə çıxdığınızda günəş eynəyindən və maskadan istifadə edin.
• Üst tənəffüs yolu infeksiyalarından qorunun.
• Sosial məsafəyə diqqət edin və xəstə insanlardan uzaq durun.
• Qapalı məkanlardan mümkün olduqca uzaq durun.
• Evə gəldiyiniz zaman paltarınızı mütləq dəyişin və duş qəbul edin.
• Siqaret çəkməyin, siqaret çəkilən ortamlardan uzaq durun.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sonsuzluğun müalicəsində yeni üsul tapılıb
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO