Uşağınıza kələm verməkdə çətinlik çəkirsiniz? Xüsusilə, bişdikdə çıxan qoxudan sonra uşağınız yeməyə qarşı çıxırsa, işiniz bir az daha çətindir. Ancaq imtina etməyin. Uşağınız, bu qışlıq şəfa bitkisindən məhrum olmamalıdır. Kələmi yedirmək üçün yollar axtarın. Kələmdən bir dəfə imtina etdikdə, saxlayın və başqa vaxtda fərqli üsul ilə yedirməyə çalışın. Kələm qaz yarada biləcək bitki olduğu üşün bir yaşdan tez məsləhət edilmir.
Kələm yaxşı bir kalsium mənbəyidir. Kalsium sağlam bir skelet quruluşu üçün çox vacibdir. Bundan başqa, kələm B6 və omega 3, həm də C vitamini üçün yaxşı bir qaynaqdır. Vitamin C dəmirin udulmasını sürətləndirir. Körpənizin dəmir çatışmazlığının qarşısını almaq üçün verdiyiniz qidalarla birlikdə kələm də verə bilərsiniz. Bu, dəmirin udulmasını sürətləndirəcəkdir. Bundan başqa kələmin aşağıdakı faydaları var:
Güclü antioksidant xüsusiyyətlərinə malikdir.
Həzmi asanlaşdırır.
Bağırsaq sağlamlığını qoruyur.
Arıqlamağa kömək edir.
Göz sağlamlığını gücləndirir.
Sızanaqların yaranmasının qarşısını alır.
Sümükləri gücləndirir.
Ürəyi qoruyur, qan təzyiqini tənzimləyir.
Toksinləri çıxarır.
Kələmli toyuq kotleti üçün lazım inqrediyentlər:
200 qr toyuq filesi,
100 qr ağ kələm,
1 ədəd soğan,
3 xörək qaşığı "Zeytun Bağları" zeytun yağı,
Zövgə görə duz.
Kələmli toyuq kotletinin hazırlanması.
Kələm yuyulub təmizlənir. Kələm çox incə doğranılıb, üzərinə yarım stəkan su əlavə edib, suyu tam buxarlanana qədər qapağı bağlı şəkildə bişirilir. Bu, kələmin yumuşaq olması üçün vacibdir. Su çəkildikdə, kələmə yağ əlavə edib qızılı rəngdə olana qədər qızardılır. Bu zaman toyuq filesi və soğanı ət çəkən maşınından çəkib, duz və qızardılmış kələmi bura əlavə olunub, yaxşı qarışdırılır. Bir qədər islanan əllər ilə alınan qarışımdan istənilən ölçüdə kotler hazırlayib, tavada qızmış yağa qoyulur, ilk tərəfi güclü odda qızardılır, ikinci tərəfi isə qapağı bağlı orta odda qızardılır. Bu yemək ilə kələmi körpənizə rahatlıqla sevdirə bilərsiniz.
Oxu24.com
ŞƏRHLƏR