Müğənni Mətanət İsgəndərlidən xəbər var.
Oxu24.com oxu.az-a istinadən xəbər verir ki, hazırda İstanbulda olan əməkdar artist, karantin rejimində yaşadığı çətinliklərdən danışıb.
“Oğlum Kərim 4-cü mərtəbədə yaşayır, mən 5-cidə... Elə gün olurdu ki, Kərimi evə qoymurdum, qorxurdum. Təzə-təzə ürəyim partlayırdı, deyirdim ki, buna necə dözəcəm? İndi şükür Allaha, vəziyyət nisbətən dəyişib. Allah təki bundan sonra bizi çətin imtahanlara çəkməsin”-deyə müğənni bildirib
O, həm də qeyd edib ki, “Yeddi aya yaxındır ki, heç bir toyda oxumuram, çünki karantin rejiminə görə Azərbaycanda toylar ləğv olunub. Hazırda İstanbulda həmyerlimizin restoranında həftədə bir dəfə çıxış edirəm.Bizim də qazancımız yalnız toylardandır. Həqiqətən də acınacaqlı vəziyyətdir. Bir Allah bilir ki, karantin günlərimi necə keçirdim. Yaxşı ki, qızım Ülkər yanımda idi. Atam da mənimlə qalır”.
Oxu24.com
ŞƏRHLƏR