Xaşxaş ot bitkisi olub xaşxaşkimilər fəsiləsinə aiddir. Bu bitkinin birillik və ikiillik növləri var. Onun kökü yaxşı inkişaf edir, amma bəzən kökü zəif inkişaf etmiş növlərinə də rast gəlinir. Xaşxaş bitkisindən ağ və ya narıncı rəngdə süd ifraz olunur. Xaşxaşın yarpaqları uzunsov və zərif tüklü olur. O tək, iri, qırmızı və ya sarı rəngdə çiçək açır. Xaşxaşın çiçəkləri laləyə bənzəyir. Onun qırmızı ləçəklərinin üstündə nazik sapabənzər qara xəttlər olur və ləçək boyu uzanır. Çiçəkləri töküldükdən sonra düyməyəbənzər bənzər dairəvi artım əmələ gəlir və bunun içərisində 3-25 ədəd xaşxaş toxumu ola biir. Bu çiçək həşəratlar vasitəsilə tozlanır. Onun bəzi növləri öz-özünə tozlanmaq qabiliyyətinə malikdir, bəzən toxumları özü ətrafa səpələnərək çoxala bilir. Xaşxaş subtropik, mülayim və bəzən soyuq bölgələrdə yetişə bilir. Əksər hallarda isə xaşxaş nəmlik olmayan yerlərdə daha yaxşı yetişir. Xaşxaşın ən geniş yayılmış növlərinə aşağıdakılar aiddir:
* Papaver rhoeas - özüyetişən xaşxaş növüdür və sahələrdə, yol kənarlarında bitir.
* Papaver onentale - şərq xaşxaşı sayılır, meşələrdə, subtopik Alp bölgələrində, əsasən də Qafqazda bitir.
* Papaver nudikaule - ən çox Şərqi Sibirdə, Altayda və Orta Asiyada bitir.
Xaşxaşı çiçəkləri tökülüb, baş hissəsində düyməyəbənzər hissəsi əmələ gələn zaman toplayırlar. Toplanmadıqda həmin hissə özü quruyur və ətrafa toxumlarını tökür. Bunun baş verməsini istəmədikdə isə xaşxaşın baş hissəsini götürüb toxumlarını kərarda yığmaq lazımdır. Toxumlarının kənarlara sıçramaması üçün isə həmin hissədən kiçik bir dəlik açıb, toxumları kağızın üstünə yığmaq lazımdır. Xaşxaş kolunun qurutmaq istədikdə onu isti havada altaçıqdan asmaq lazımdır. Xaşxaşın yetişdirilməsində Çexiya birinci yerdə durur. Sonrakı yerləri isə Türkiyə, Fransa, Almaniya, Macarıstan, Avstrya, Rumunya, Niderland, Fələstin, Serbiya tutur.
Xaşxaşın faydalı və müalicəvi xüsusiyyətləri
Müxtəlif məqsədlərlə bitkinin müxtəlif hissələrindən istifadə edirlər.
Qida sənayesində xaşxaşın xırda toxumlarını müxtəlif şirniyyatların üstünə səpirlər. Ən çox da onun toxumları çörək məmulatlarının üstünə səpilir. Bu qidalara xüsusi dad və qoxu bəxş edir. Xaşxaş toxumunun tərkibində 60% yağlar, zülallar və müxtəlif növ şəkər var. Onun ləçəkləri C vitamini, 20-yə yaxın alkoloid, flavonoid, antosianlar, qlükozidlər və təbii turşularla zəngindir. Bu bitkinin tərkibində çoxlu miqdarda opium vardır ki, bu da güclü narkotik sayılır. Qədim zamanlarda xalq təbabətində xaşxaşın bütün hissələrindən istifadə edilib. Onun kökündən hazırlanmış dəmləmə sinir düyünlərinin iltihabi xəstəlikləri zamanı, baş ağrılarında istifadə edilib. Bəzən ondan qurd əleyhinə müalicə vasitəsi kimi də istifadə edilib. Bronxitin müxtəlif formalarının müalicəsi zamanı da xaşxaş kökünün dəmləməsindən geniş istifadə edilib.
Oynaq ağrıları zamanı xaşxaş bitkisinin dəmləməsini kompres şəklində ağrıyan nahiyəyə qoymaq sakitləşçdirici təsir göstərir.
Xallardan xilas olmaq məqsədilə uzun müddət xalın üstünə xaşxaş dəmləməsini kompres şəklində qoyub bağlamaq xalın həcminin kiçilməsinə səbəb olur.
Körpə xaşxaşın toxumlarının və ya zoğlarının şirəsini sıxıb içdikdə orqanizmdə aşağıdakılar baş verir:
* orqanizm sakitləşir
* ağrılar azalır
* stress aradan qalxır
* yuxu normallaşıdr
* qəbizlik aradan qalxır.
Balla xaşxaşın qarışımımından dadlı maddə alınır. Bu maddə orqanizm üçün çox faydalıdır. Xaşxaş insan orqanizminə sakitləşdirici, yuxugətirici və rahatlaşdırıcı təsir bağışlayır. O orqanizmi bir çox ağrılardan xilas edir.
Xaşxaşin zərərli və təhlükəli xüsusiyyələri
Müalicə məqsədilə xaşxaşdan istifadə etmək istədikdə mütləq həkimlə məsləhətləşmək lazımdır. Xaşxaşın tərkibindəki opium asılılıq yarada bilir, çünki güclü narkotik sayılır. Həkimlər xaşxaşdan qida və ya müalicə məqsədilə istifadə edənlərə sükan arxasına oturmağı məsləhət bilmir. Ondan hazırlanmış preparatlardan yaşlıların və 2 yaşına qədər uşaqların istifadə eləməsi tövsiyə edilmir. Xaşxaş yetişdirmək qadağandır və bununla məşğul olanlar cinayət məsuliyyətinə cəlb olunurlar.
ŞƏRHLƏR