Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38942
az

TƏBİB-dən XƏBƏRDARLIQ: “Karantin yenə sərtləşdirilə bilər” - VİDEO

12:1315 Sentyabr, 2020
1180
OXU24 TV
  • A

“Operativ Qərargah vaxtaşırı yumşalmaları həyata keçirir və sərbəstliklər artır. Sərbəstliklər artdıqca təmaslar artır, təmaslar artdıqca isə yoluxmanın sayı arta bilər. Bu, qaçılmaz bir şeydir”.

Oxu24.com  xəbər verir ki, bunu “Real intervyu”ya müsahibəsində TƏBİB Elmi Komitəsinin sədri, professor Akif Qurbanov deyib.

“Karantin rejimi tam yumşaldılırsa, insanlara sərbəstlik verilirsə, onlar heç də arxayınlaşmamalıdır. Bəzən bizə psixoloji olaraq təsir göstərir ki, metrolar artıq açılır, şəhərlərarası, rayonlararası gediş-gəliş qadağası aradan götürülür, yəni daha xəstəlik azalıb və ya yoxdur. İnsanlar sanki bir qədər arxayınlaşmağa başlayır.

 

Son 1 ayda epidemiya ilə mübarizədə ciddi uğurlar əldə olunub. Yoluxma sayı kəskin azalıb, stabilləşib. Bunun üzərindən də Operativ Qərargah müvafiq yumşalma qərarları verir. İnsanlar bu qaydalara əməl etməsələr, yoluxma sayının artmasına gətirib çıxara bilər. Bu da sözsüz, məcburiyyət qarşısında yenidən karantin qaydalarının ciddiləşməsinə, sərtləşməsinə səbəb ola bilər.

Dünyada da vəziyyət ürəkaçan deyil. Artıq yoluxanların sayı 30 milyona, Covid-19-dan ölənlərin sayı 1 milyona çatmaqdadır.

Son zamanlar qadağaların əksəriyyətini aradan götürmüş Avropa ölkələrində yoluxmaların sayı artdığından bəzi yerlərdə yenidən qadağa tədbirləri görməyə başlayıblar.

Qonşu Türkiyədə də yoluxmaların sayı artmaqdadır və bu səbəbdən qadağalar yenidən tətbiq olunmağa başlanılıb.

Özümüz də düşünməliyik: əgər bu gün qaydalara əməl etmiriksə, sabah yenə də evdə otura bilərik. Karantin sərtləşdirilə bilər. Sabah yenə də metro işləməyə bilər.

Təmaslar artdıqca, yoluxanların sayı da çox olacaq. Təmaslardan qaçmaq və qoruyucu vasitələrdən istifadə etmək hökmən vacibdir.

Qaydalara əməl etməsək, yoluxma sayı artsa, yenə də qadağanedici tədbirlər ola bilər. Bu, qaçılmazdır. Hər kəs birinci özünü qorumalıdır, Operativ Qərargahın qərarlarına sayğı ilə yanaşmalıdır”, - Akif Qurbanov bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda oğurladığı pulla plastik əməliyyat etdirən qız tutuldu - Şok detallar
Canlı yayımda qıza hücum etdi - VİDEO
Bakıda avtomobil svetofor dirəyinə çırpılıb - VİDEO

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı