Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38806
az

Metro bu tarixədək bağlı olacaq - RƏSMİ

12:0611 Sentyabr, 2020
650
CƏMİYYƏT
  • A

Yeni tədris ilinin başlaması, karantin rejiminin yumşaldılmasından sonra iş yerlərinin açılması ilə ictimai nəqliyyatda yaranan hədsiz sıxlıq uzun müddətdir bağlı olan Bakı Metropoliteninin fəaliyyətə başlaması məsələsini gündəmə gətirib.

Oxu24.com  xəbər verir ki, Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun BAKU.WS-ə verdiyi məlumatda metronun sentyabrın 15-dən fəaliyyətə başlayacağı ilə bağlı hələlik onlara rəsmi məlumat daxil olmayıb.

 
"Metropoliten bağlandığı gündən hər gün hazırlıq rejimində çalışır. Texnoloji proseslərə uyğun işlər aparılır. Lakin bunun sərnişindaşımanın bərpası və ya bağlı qalması ilə bağlılığı yoxdur. Nə vaxt qərar verilsə, o vaxtdan işə başlayacağıq".

Xatırladaq ki, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti sentyabr ayının 30-u saat 00:00-dək uzadılıb. Nazirlər Kabinetinin qərarı ilə Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı qərar sentyabr ayının 15-i saat 06:00-a kimi uzadılıb. Metropoliten sentyabrın 15-də sərnişindaşıma fəaliyyətini bərpa edəcəyi təqdirdə belə aşağıda qeyd edilən müddətlərdə sərnişinlərə xidmət göstərməyəcək:

2020-ci il 19 sentyabr saat 00:00-dan 2020-ci il 21 sentyabr saat 06:00-dək;

2020-ci il 26 sentyabr saat 00:00-dan 2020-ci il 28 sentyabr saat 06:00-dək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Taksidən istifadə edənlərin sayı azalıb
"50 vakant ştat vahidi üzrə 300-dən artıq namizəd qüvvəsini sınayır"- Heydər Məmmədov
Oktyabrın 10, 11 və 12-si ilə bağlıƏHALİYƏ XƏBƏRDARLIQ!

Teymur Rəcəbovu “Peaky Blinders” obrazında paylaşdılar- Foto

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
İcra başçısının müavininə hücum edildi- Rəsmi açıqlama