Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119745
az

ŞOK! Bakıda 1000 manata dua yazan falçı bu məmurun adını çəkdi - DETALLAR+SƏSYAZISI

15:1809 Oktyabr, 2024
456
ÖZƏL BÖLÜM
  • A


Vətəndaşa “güllə keçirtməz” duası yazan falçı: “Özüm Saleh Məmmədovun qohumuyam”

Ailəsində  problem  yaranan  qadın  “kömək” üçün  getdiyi    falçıda  problem  yaşayıb.

Oxu24.com xəbər verir ki, bu barədə CityPost.az saytına açıqlama verən 3 uşaq anası Aynurə Hacıyeva (Red- ad,soyad şərtidir) özü məlumat verib.

Qadının sözlərinə görə ailəsində,xüsusi ilə həyat yoldaşı ilə aralarında yaranan  problemi falçı vasitəsi ilə həll etmək istəyib. Bundan sonra həm pulundan, həm də ailəsindən olub.

“Rəfiqəm məni “28 may” tərəfdə yaşayan Rüfət adlı falçının evinə apardı. Falçı məni  inandırdı ki,həyatımda  baş verən bütün  problemləri  həll  edəcək. Bu yolla  fala  baxmaq  adı  ilə  dəfələrlə  məndən  yaşadığı evdə 100-200 manat pul aldı. Mənə  deyirdi ki,sənə  elə  dua  yazacam ki, heç kim  sənə bata  bilməyəcək. ”Güllə batmaz”  duasını  yazmaq  üçün  məndən  1000  manat  pul  aldı. Üstündən  bir  neçə müddət  keçdi. Soruşdum  ki,mənə yazdığın  dua necə  oldu?  Hər dəfə məni  yola verirdi. Daha sonra  aldadıldığımı  başa  düşdüm. Pulumu  geri  istəyəndə məni şantaj eləməyə başladı. Falçı Rüfət mənə dedi ki,bu haqda şikayət  etsən, şəkillərini yayacam”,-deyə  şikayətçi  qadın  bildirib.

CityPost.az  məsələ ilə  bağlı  özünü   ekstasens  kimi  təqdim  edən  Rüfət  adlı  şəxslə  əlaqə  saxlayıb. O, baxıcı kimi  fəaliyyət  göstərdiyini   və  sözügedən  xanımı  tanıdığını  etiraf  edib.

1000 manat pula tilsim təmizlədiyini etiraf edir:

 

 

“Həmin qadın dəfələrlə mənim yanımda olub. Ona  kömək etmişəm.Amma o mənə o 1000 manat pul verməyib. 30  ildir ki, bu sahədəyəm. Hazırda 41 yaşım var. İnsanlar məndən əl  çəkmir.Heç vaxt  baxıcı olmaq istəməmişəm. Özüm ziyalı ailəsindənəm. Qohumlarım vəzifədədirlər. Özüm Saleh Məmmədovun (Red- Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədrini nəzərdə tutur) qohumuyam.  Elə-belə  nəslin  övladı  deyiləm.”,- deyə  ekstrasens  bildirib.

Bəs göstərdiyiniz fəaliyyətə görə,vergi ödəyirsinizmi sualına özünü baxıcı kimi təqdim edən Rüfət vergi ödəmədiyini bildirib.

“Mən niyə vergi ödəməliyəm ki? Ancaq öz yaxınlarıma, tanışlarıma baxıram. Həftədə bir  dəfə fala baxıram. Hər gün fala baxmıram ki,vergi də ödəyəm. Evimdə kameram var. Gəlsinlər,araşdırsınlar. Mənim heç nədən qorxum yoxdur.Artıq bu millətdən qorxuram.Yaxşılıq edirsən,pislik kimi qəbul edirlər”,-deyə  o  bildirib.

Qeyd edək ki,son günlər vətəndaşların dələduzluq yolu ilə pullarının ələ keçirilməsi halları çoxalıb. Bununla bağlı hüquq-mühafizə orqanları tərəfindən vaxtaşırı tədbirlər həyata keçirilir.

 


Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həkim tərəfindən döyülən qazinin anası Anar Bağırovdan vəkil istəyir — MÜRACİƏT
Ordudan acı xəbər gəldi: Əsgərimizi itirdik
"Makler evləri" alanlar diqqətli olsun!— Hansı problemləri var?(VİDEO)

Yumurtanı belə yeməyin: Faydadan çox zərər verir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Rus ordusuna qarşı vuruşan erməni görün harada ələ keçirildi (VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Tərkibində ən çox B12 vitamini olan qidalar BUNLARDIR
Şəmkirdə hadisə: Ölən və yaralı var