Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38617
az

Bakıda müğənninin oteldə əri tərəfindən öldürülməsinin TƏFƏRRÜATLARI

13:4206 Sentyabr, 2020
599
KRİMİNAL
  • A
Bakının Binəqədi rayonunda həyat yoldaşını öldürməkdə ittiham olunan Murad Şamilovun barəsində həbs qətimkan tədbiri seçilib. Oxu24.com Teleqraf.com-a istinadən xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub. Murad Şamilovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. İttihama görə, paytaxtın Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində yerləşən "Salt" hotelində qətl hadisəsi baş verib. Sentyabrın 3-də, gecə saat 02.00-da 1982-ci il təvəllüdlü Murad Şamilov həyat yoldaşı, 1985-ci il təvəllüdlü Şahanə Şamilovaya 18 bıçaq xəsarəti yetirib. Qadın hadisə yerindəcə ölüb və kişi polisə gedərək törətdiyi əməli etiraf edib. Məlum olub ki, cütlük ayrı yaşayıb. Şahanə Şamilova boşanma üçün məhkəməyə müraciət edib. Qətl hadisəsindən əvvəl Murad şamilov ona zəng vurub və boşanma ilə bağlı danışmaq üçün "Salt" hotelində görüş təyin edib. Qadın onun təklifini qəbul edib. Onların görüşü faciə ilə bitib. Qeyd edilir ki, qadın paytaxt restoranlarının birində müğənni kimi çıxış edirmiş. Onların iki azyaşlı övladı var. İstintaq orqanı tərəfindən Murad Şamilovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Binəqədi rayon Prokurorluğunda istintaq gedir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkdar mədəniyyət işçisi məhkəməyəgəlməkdən yayınır
Bakıda müğənni bıçaqlandı
İki azyaşlı bacısını öldürüb parka gəzməyə getdi- Rusiyada dəhşət

Restoranda başına iş gəldi

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Əməkdar mədəniyyət işçisi məhkəməyəgəlməkdən yayınır