Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38497
az

22 general, 2 marşal hansı səbəbdən öldürüldü...

21:3302 Sentyabr, 2020
554
MARAQLI
  • A

İkinci Dünya Müharibəsindən sonra SSRİ-də Stalinin əmri ilə 3 il ərzində 100-dən artıq həbs edilib, 22 general və 2 marşal güllələnib.
“Ölkə.Az” “militaryarms”ə istinadən xəbər verir ki, düzdür,  bunların heç də hamısı eyni əmələ görə cəzalandırılmayıblar. Hərəsinin öz günahı olub. Ancaq əksəriyyəti Hitler ordusuna  bu və ya digər formada xidmətinə və əməkdaşlığına görə cəzalandırılıblar. 

Məsələn marşal Kulik, generallardan  Qordov və Rıbalçenko  müharibədən sonra  Almaniyada etdikləri qoyğunçuluq və vaqonlarla özləri üçün göndərdikləri var-dövlətə görə  cəzalandırılıb. Bu işdə marşal Jukovun da adı halanıb. Düzdür, onu vəzifəsini kiçildilərək Odessa Hərbi Dairəsinə komandan göndərilir. 

Bir neçə general əsirlikdə olarkən faşistlərlə əməkdaşlığa görə güllələnib. Hətta onların bir çoxu alman komandanlığı altında SSRİ-yə qarşı döyüşüblər. Bu generallardan bir qismi  faşistlərə başq aformada yardım edib, əsir dü.nən sovet əsgərlərini almanlar tərəfinə keçməyi təşviq edib. Bunlar arasında Bessonov, Boqdanov, Vlasov, Budıxo, Yeqorov və başqaları olub. Almanlarla heç aktiv əməkdaşlıq etməyən  generallardan Artemenko, Kirillov, Ponedelin, Beleşev, Krupennikov, Sivaeyev, Kipriçnikov və briqada komandiri Lazutin də güllənənlər arasında olub.   Bu generallar da alman əsirliyində olublar.  Məsələn general Kirilov və Ponedelin dezertir olub. Belə ki, onlar könüllü olaraq almanlara əsir düşüblər.
1950-cı ildə aviasiya marşalı S. Xudyakov barəsində Vətənə xəyanətdə ittiham olunub. O Mancuriyadan Rusiyaya qızıl gətirən təyyarənin itməsində təqsirli bilinib və barəsində ölüm hökmü çıxarılıb.

 General M. Belyançik isə hərbi məktəbdə  anrisovet təbliğatının aparılmasına  şərait yaratdığına görə cəzalandırılıb.

Hazırladı Mürtəza
Ölkə.Az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İyul ayının ən şanslı bürcləri
Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı
Çin alimlərinin kəşfi

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı