Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38495
az

Sabirabadda ər arvadını xəyanət etdiyinə görə amansızlıqla öldürüb - VİDEO

21:4302 Sentyabr, 2020
606
OXU24 TV
  • A

Sabirabadda ər arvadını öldürüb. Polis bölməsinə könüllü təslim olan ər arvadının ona xəyanət etdiyini səbəb kimi göstərib.

Baku TV xəbər verir ki, q ətl hadisəsi Sabirabadın Hacıbəbir kəndində qeydə alınıb. Kənd sakini, 46 yaşlı Eyvaz Məmmədov qısqanclıq zəminində həyat yoldaşı, 41 yaşlı Təranə Məmmədovanı balta ilə vuraraq qətlə yetirib. Yoldaşı ilə xeyli mübahisə edən ər onu ot tayasının yanına apararaq elə oradaca baş nahiyəsindən üç balta zərbəsi endirərək öldürüb. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Bildirilir ki, xeyli müddət ailə başçısı Türkiyəyə işləməyə, ailəsi üçün pul qazanmağa gedibmiş. Pandemiya səbəbindən geri dönə bilməyən Eyvaz Məmmədov nəhayət avqustun 8-də evinə dönə bilib.

Qətlə yetirilən Təranə Məmmədovanın yaxın qohumu bildirib ki, Şirvan mühafizə polisinin əməkdaşı olan polis nəfəri Güloğan Həsənovu avqustun 4-də qızla birlikdə tutub.

Onların birgə nikahdan iki övladları (bir qız və bir oğlu) var. 

Faktla bağlı Sabirabad prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail qüvvələri TRT komandasına hücum edib
ABŞ-da əkiz qüllələrin uçması ilə bağlı yeni görüntülər ortaya çıxıb
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı