Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38429
az

Rusiya daha bir ölkənin 3 diplomatını ölkədən qovdu - Beynəlxalq qalmaqala çevrildi

20:3731 Avqust, 2020
494
DÜNYA
  • A

Rusiya Xarici İşlər Nazirliyi Slovakiyanın Moskvadakı səfirliyinin 3 əməkdaşını ölkədən qovub.

Oxu24.com  xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat yerləşdirilib.

Məsələ ilə bağlı  bu gün, Slovakiyanın Rusiyadakı səfiri Petr Priputen Smolensk meydanına (Rusiya XİN-in qeyri-rəsmi adı-red.) çağırılıb. Burada ona Slovakiyanın 3 rus diplomatını “persona non qrata” elan etməsi ilə bağlı etiraz notası təqdim olunub. Rusiya Federasiyası bunu rəsmi Bratislavanın qeyri-dost hərəkəti kimi qəbul etdiyini və beynəlxalq hüquqa uyğun olaraq bənzər addım atdığını bəyan edib.

Qeyd edək ki, Slovakiya hakimiyyətinin Rusiyanın 3 diplomatını ölkədən qovmaq qərarı bu il avqustun 10-da verilib. Həmin diplomatlar Gürcüstan vətəndaşı və çeçen əsilli müxalif Zəlimxan Xanqoşvilini Berlində öldürən şəxslərə Avropa Birliyinin ərazisinə daxil olmaq üçün qeyri-qanuni viza verməkdə və beləliklə qətlin diplomatik tərəfini həyata keçirməkdə suçlanırlar.

Məlum olub ki, Slovakiyanın Sankt-Peterburqdakı baş konsulluğu üçün təqdim olunan sənədlər tamamilə saxta olub və burada səfirlik xüsusi rol oynayıb.

Xatırladaq ki, Zəlimxan Xanqoşvili ötən il avqustun 23-də Almaniyanın paytaxtı Berlin şəhərində, Tirqarten parkında gəzərkən güllələnərək  öldürülüb. Qatilin üzərində səsboğucu ilə təchiz olunmuş “Glock 26” markalı tapança olub.

Qərb mətbuatı qətlin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qrupu tərəfindən hazırlanaraq icra edildiyini yazır.(musavat.com)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zelenski Orbanın planını niyə rədd etdiyini izah edib
Macarıstan Ermənistana pul verməyə icazə verdi
Çindən gələn elektrik avtomobilləri Avropada bahalaşacaq

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bakıda qadın həkimi şantaj edib 42 minini alıblar