Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38288
az

Türk qırıcıları havaya qalxdı-Yunam gəmiləri qorxub qaçdı (Anbaan Video)

09:2329 Avqust, 2020
838
DÜNYA
  • A
Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri Aralıq dənizi səmasında Yunanıstan HHQ-yə aid altı “F-16” qırıcısını bölgədən uzaqlaşdırıb. APA “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilir. “27 Avqust 2020-ci il tarixində Yunanistana məxsus 6 ədəd “F-16” təyyarəsi Krit adasından havaya qalxaraq, Kipr Respublikası istiqamətində uçub və Türkiyə tərəfindən beynəlxalq “NAVTEX” elan edilən bölgəyə yaxınlaşıb. “F-16” qırıcılarımız onların bu bölgəyə yaxınlaşmalarının qarşısını alıb və bölgəni tərk etməyə məcbur edib”, - açıqlamada belə deyilir. Müdafiə Nazirliyi əlavə edib ki, Türkiyə Silahlı Qüvvələri “Şərqi Aralıq dənizində ölkənin hüquq və mənafeyini qorumaqda davam edəcək”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putinə Olimpiya oyunlarında atəşkəslə bağlı müraciət edildi
Berlin İsraili silahlandırmaqda davam edəcək
Ukraynanın dövlət borcu iyunda daha 1 milyard dollar artıb