Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38218
az

DİN-dən yolu bağlayan qadınlarla bağlı AÇIQLAMA

11:1427 Avqust, 2020
377
CƏMİYYƏT
  • A

Daxili İşlər Nazirliyi (DİN) paytaxt ərazisində bir qrup qadının yolu bağlamağa cəhd etməsi ilə bağlı yayılan görüntülərə açıqlama verib.

DİN-in Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, avqustun 26-da Yasamal rayonu ərazisində hərəkətin intensiv olduğu prospektlərin birində bri qrup qadın avtomobil yoluna çıxaraq təhlükəli vəziyyət yaradıblar.

Bildirilib ki, ərazidə xidmət edən polis əməkdaşları tərəfindən dərhal həmin cəhdin qarşısı alınıb:

“Həmin şəxslərin ərazidən uzaqlaşdırılması təmin olunub. Qeyd olunan hərəkətlərə cəhd edən şəxslərlə profilaktik söhbətlər aparılmaqla bu əməlin təhlükəli olması onların diqqətinə çatdırılıb”.

Avqustun 26-da bir qrup qadın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") binası önündə yolu bağlamağa cəhd ediblər. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Ərazidə olan polis əməkdaşlarının həmin şəxsləri oradan uzaqlaşdırarkən qadınlardan birini itələyərək asfalta yıxdığı görüntülərdə əks olunub. DİN qadının yıxılması faktına münasibət bildirməyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah Bakının bu ərazisində işıq kəsiləcək
Gündə Bakıda 300 mindən çox taksi daşıması həyata keçirilir - RƏSMİ
Tələbələrə ŞAD XƏBƏR - Bakalavr müddəti 3 ilə endirilə bilər

Yuxuda dırnaq görmək buna işarə imiş - YUXU YOZMALARI

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Əməkdar mədəniyyət işçisi məhkəməyəgəlməkdən yayınır