Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38112
az

Lotu Qulinin qətlindən öncə videosu yayıldı: Görün,kimlərlə görüşür....

12:4225 Avqust, 2020
2726
OXU24 TV
  • A
Xəbər verdiyimiz kimi, avqustun 19-dan 20-nə keçən gecə Türkiyənin Antaliya şəhərində hotellərin birində “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifov 25 yaşlı Xan Bakinskiy (Xəqan Zeynalov) ilə 26 yaşlı Əmir Əhmədli tərəfindən qətlə yetirilib. “MediaPost” xəbər verir ki, artıq Türkiyə hüquq-mühafizə orqanları “Lotu Quli”nin öldürüldüyü hoteldə araşdırmanı başa çatdırıb. Artıq, aparılan araşdırma zamanı Serif rayonunun Boğazkent mahalında Səlifovun qaldığı hoteldə yaxın adamı Xan Bakinskiy tərəfindən öldürülməsi görüntülərlə təsdiqini tapıb. Məlumatda bildirilir ki, “Xan” hadisədən sonra hotel dəhlizindən qaçdığı, bu zaman əlində iki silah olan gürcü əsilli İ.D-nin (Lotu Qulinin mühafizəçisi - red.) onu təqib edib. Qatil hotelin qarşısında onu gözləyən nəqliyyat vasitəsinə minərək hadisə yerindən uzaqlaşıb. Hadisə yerində aparılan axtarış zamanı 1 odlu silah və 15 patron, 2 güllə şanı, 1 giliz, 1 güllə nüvəsi, 1 tapança, Nadir Səlifovun çantasından isə 15 patron və 1 bıçaq götürülüb. Lotu Qulinin öldürülmə anın yeni görüntüləri təqdim edirik. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail qüvvələri TRT komandasına hücum edib
ABŞ-da əkiz qüllələrin uçması ilə bağlı yeni görüntülər ortaya çıxıb
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı