Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37960
az

Müəllimin təklifi aləmi qatdı: - biri “hə” deyir, biri də “yox”...

19:3021 Avqust, 2020
400
CƏMİYYƏT
  • A

Ali məktəblərdə avtomobil idarə etmənin də tədris olunması təklif olunub. Bu barədə BDU-nun SABAH qruplarının dekan müavini Gündüz Uluxan danışıb. O, bildirib ki, dərslər mülki müdafiə fənninin tərkibində keçirilə bilər: “Avtomobilin idarə olunmasının öyrənilməsində insan anatomiyasına da toxunulduğuna və özündə mülki müdafiənin müxtəlif elementlərini birləşdirdiyinə əsasən bunun maraqla qarşılanacağını deyə bilərik.

Humanitar və təbiət elmləri fakültələrinin xüsusiyyətlərini nəzərə alsaq, yeni tədris planının hazırlanması və təlimlərin təşkili yaxşı olar. Bu təlimlər seçmə fənn kimi həftədə 2-3 dəfə olmaqla tədris proqramına salına bilər. Beləliklə, il ərzində həmin fənnə 60-90 saat ayrılır. Bu isə təxminən 4-6 kredit deməkdir. Əslində proses kifayət qədər realdır. Azərbaycan Texniki Universitetində konkret sahə üzrə dərs deyən təcrübəli müəllimləri saat hesabı işə cəlb etmək mümkündür. Təklif etdiyim məsələ gündəlik məişət həyatımızla bağlı olduğu üçün kifayət qədər aktualdır”.

“Professor, akademik niyə tələbəyə maşın sürməyi öyrətməlidir ki?”

Məsələnin nə qədər real olduğunu öyrənmək üçün mütəxəssislərlə danışdıq. Təhsil eksperti Kamran Əsədov “Sherg.az”a açıqlamasında bunu lazım bilmədiyini deyib:

“Belə təklif verənlər ali təhsil müəssisələrinin funksiyasını başa düşmək istəmirlər. Ali məktəblər müəyyən ixtisaslar üzrə kadr hazırlığı ilə məşğuldur. Başqa sözlə desək, burada əmək bazarının tələbinə uyğun gənclər yetişir. Professor, akademik niyə tələbəyə maşın sürməyi öyrətməlidir ki? Üstəgəl, ali məktəblərin maddi təminatı, kadr potensisalı bu qədər çox deyil axı. Onda sabah da bir başqası universitetlərdə yemək bişirmək, tikiş tikmək kurslarının açılmasını təklif edəcək. Halbuki bunlar üçün xüsusi məktəblər var. Həm də ölkədə kifayət qədər ucuz qiymətə fəaliyyət göstərən sürücülük kursları kifayət qədərdir. Həvəskarlar həmin kurslara müraciət edə bilərlər. Mülki müdafiə fənninin təyinatı isə tamam başqadır. Bu fənnin tərkibində hərbi hazırlığın təkmilləşməsi, tibbi bilikləin öyrədilməsi daha vacibdir, nəinki avtomobil idarə olunmasının öyrədilməsi”.

Hətta orta məktəblərin yuxarı siniflərində bu təcrübənin tətbiqi mümkündür

Nəqliyyat eksperti İlqar Hüseynli isə təklifi məqbul hesab edir:

“Əlbəttə, ola bilər. Hətta orta məktəblərin yuxarı siniflərində də bu təcrübənin tətbiqi mümkündür. Sadəcə müəyyən məsələləri nəzərə almaq lazımdır. İlk növbədə tələbələrə təkcə nəzəri biliklər aşılanmamalı, praktika da təşkil edilməlidir. Bunun üçün isə texniki vasitələr, yəni maşınlar lazımdır. Amma məhz təlim avtomobilləri. Belə ki, təlim avtomobilləri xüsusi konstruksiyaya malikdir. Əyləc sistemi hər iki tərəfdə var-həm sağda, həm də solda. Beləliklə, qəza şəraiti yarananda təlimçi müdaxilə edir. Ali məktəblərdə də belə maşınlardan istifadə olunmalıdır. Heç bir halda təlim adı ilə adi nəqliyyat vasitələrini gənclərin ixtiyarına vermək düzgün deyil. İkinci məsələ isə ondan ibarətdir ki, bu təlimlərdə iştirak edənlərə sürücülük hüququ birbaşa təqdim edilməlidir. Çünki onlar həm nəzəriyyəni, həm də praktikanı biləcəklər. Yaxşı, bəs onda sürücülük məktəblərinin, kursların fəaliyyəti necə olacaq? Yəni məsələyə kompleks yanaşmaq şərtdir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mehriban Ələkbərzadənin bu sözlərinə görə işdən çıxdım” -Corc görün nələr danışdı
Sobada toyuğu belə bişirin – Çox dadlı olacaq
Məşhur xanım aparıcıdan üzücü xəbər - FOTO

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Azərbaycanda küçədə bıçaqlanma -ANBAAN GÖRÜNTÜLƏR