Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37892
az

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən pik həddə çata bilər - AÇIQLAMA

11:5220 Avqust, 2020
365
SON DƏQİQƏ
  • A

Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisi Mariya van Kerkhovenin “Telegraph”a verdiyi müsahibəsində sərt karantin rejiminin yenidən tətbiq olunmamasını tövsiyə edib.

Onun sözlərinə görə, bunun keçmişdə tətbiq edilməsi yoluxmanın qarşısını almaq üçün olub. Azərbaycanda isə sərt karantin rejimi mərhələli şəkildə yumşaldılır.

Yumşalmalardan sonra gündəlik yoluxmaların sayı demək olar iki dəfəyə yaxın artaraq 79-dan 146-ya yüksəlib. Azərbaycanda yoluxanların sayı yenidən pik həddə çata bilərmi?

KONKRET.az–ın sualını cavablandıran deputat Nəsib Məhəməliyev bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının belə tövsiyə ilə çıxış etməsini heç kim gözləmirdi:

“Reallıq ondan ibarətdir ki, dünyada artıq 22 milyondan çox insan COVİD-19-a yoluxub və bu rəqəm hər gün artır. Sərt karantin rejimi tətbiq olunanda ölkəmizdə yoluxanların sayı 79-a endi. Ancaq son günlərdə yenidən artan templə inkişaf edir. Aydındır ki, sərt karantin rejiminin başqa neqativ fəsadları da mövcuddur və mən onun təkrar tətbiqini arzulamıram. Yaxşı olardı ki, xalqımız koronovirusla birgə yaşayış qaydalarına uyğunlaşsın. Təhsil müəssisələrindən tutmuş, idarə, təşkilatlarda, ictimai yerlərdə, ümumiyyətlə hər yerdə güclü təbliğat getməlidir”.

 

Nəsib Məhəməliyev fikrini belə tamamlayıb:

“Maarifləndirmə işləri aparılmalıdır. Hər kəs özünü qorumağı bacarmalıdır. Əks təqdirdə yenidən pik həddinə çata bilər. Təbii ki, bu da arzu olunan hal deyil”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanın Tailanddakı səfiri dəyişdi- Sərəncam
TƏCİLİ! Gürcüstanda helikopter qəzaya uğradı
Şəmkirli iş adamından Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edildi

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı