Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37801
az

Üzümün faydası.

19:0118 Avqust, 2020
287
CƏMİYYƏT
  • A

Ən şirin giləmeyvə sayılan bu meyvənin tərkibində təbii şəkər, daha çox isə qlyukoza və fruktoza var.

Üzümün başqa hansı xüsusiyyətlərinə görə xeyirli olduğunu öyrənmək üçün kimyəvi tərkibinə baxdıqda görə bilərik ki, üzüm, bir çox xeyirli maddələr olan - mineral, vitamin və fermentlərlə çox zəngindir.

Üzümün ən əsas xeyri, onun şirəsi sayılır. Bu məhlulun tərkibində çoxlu dəmir və kaliy vardır. Üzüm şirəsinin müalicəvi xüsusiyyəti  ürək, damar, qaraciyər və böyrək xəstəliklərində istifadə olunur. O, bədəndə su və zülal balansını qoruyur və maddələr mübadiləsini aktivləşdirir. Sidikqovucu təsiri isə, bədəndən duz və sidik turşularının xaricinə təsir edir.

Bu xeyirli giləmeyvə bir çox ciddi xəstəliklərdə də  xeyirli sayılır. Bunlara vərəm xəstəliyi də aid edilir. Onun həmçinin bəlğəmgətirici təsiri də vardır. Məhz bu səbəbdən, üzümün xeyirli xüsusiyyətləri bronxit və larinqit kimi xəstəliklərdə istifadə olunur.

Qara üzüm...

Onun qabığı və şirəsinin tərkibində "bioflavonidlər" olduğundan, o, bu rəngə malikdir. Həmçinin tərkibində çoxlu sayda oqranik turşular da vardır.Bu meyvənin   kimyəvi tərkibi  yuzlərlə orqanik birləşmə ilə zəngin sayılır.

Qırmızı üzüm ...

Bu növün xeyirindən danışdıqda, onun qanda hemoqlobini artırdığını demək lazımdır. Bu isə insan orqanizminin bütün orqan və sisteminə müsbət təsirində xəbər verir. Bu üzümü əsasən qan azlığı, dəmir defisitli anemiya və yüksək təzyiq hallarında tövsiyə edirlər. Həmçinin qeyd edilir ki, bu üzümdən gündəlik istifadə qaraciyər və öd kisəsinin iş qabiliyyətini yüksəldir.

Üzümün tumları...

Üzümün daha bir xeyri, onun tumlarının yağı sayılır. Çoxlarımız bilirik ki, onu qidada - bir çox salatlarda istifadə edirlər. Əlbəttə, yağı şirəsi qədər xeyrli olmasa da, onun tərkibində aktiv maddələr vardır ki, onları həm məişətdə,kosmetologiyada , həmçinin də tibbdə istifadə olunur. O, dərini çox yaxşı qidalandırma, nəmləndirmə və qoruma effektinə malikdir.

Üzümün əks göstərişləri...

Üzüm çox xeyirli meyvə sayılsa da, bəzi insanlar üçün məsləhət görülmür. Tərkibi geniş spektorlu orqanik turşularla zəngin olduğundan, onikibarmaq bağırsaq, mədə yarası və diş emalında problemi olan insanlar üçün zərərli sayıla bilər. Həmçinin, tərkibində yüksək səviyyədə şəkər olduğundan, şəkər (diabet) xəstələrinə qadağan sayılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Böyürtkənin əvəzolunmaz faydaları
İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi –FOTOLAR
Yuxuda çiçək görmək nə vəd edir? – Gözəllik və inkişaf

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı