Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37550
az

Uşaqpulu qərarı gəlir: məbləği nə qədər olacaq?

21:3914 Avqust, 2020
473
İQTİSADİYYAT
  • A

Uşaqpulu mərhələli şəkildə, yəni əvvəlcə 6-7 yaşına qədər, daha sonra isə 18 yaşına qədər olan şəxslərə verilə bilər. Vətəndaşlara veriləcək uşaq pulu minimum sosial müavinət qədər olmalıdır.

Bu barədə Axar.az-a millət vəkili Fazil Mustafa uşaqpulu ilə bağlı məsələnin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması haqda danışarkən deyib. O bildirib ki, uşaq pulu uzun müddətdir aktual olan və vətəndaşlarımızın da tez-tez dilə gətirdiyi sosial məsələdir:

“Bu məsələ Milli Məclisin hər zaman gündəmində olub və qarşıdan gələn payız sessiyasında müzakirəyə çıxarıla bilər. Çünki bəzi müzakirələrə ehtiyac var. Xüsusilə adının köhnə qaydada uşaqpulu, yoxsa daha fərqli olacağı, həmçinin hansı yaş qrupuna nə qədər məbləğ veriləcəyi məsələləri müzakirə edilməlidir. Bundan başqa, uşaqlar üçün nəzərdə tutulan yardımın hansı yolla veriləcəyi də müzakirə olunmalıdır. Burada dövlətin mövcud iqtisadi vəziyyəti nəzərə alınmalıdır. Düşünürəm ki, Milli Məclisin payız sessiyasında bu yöndə bir qərar veriləcək”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Brent" markalı neft ucuzlaşdı

Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR
4 nəfərlik ailəyə nə qədər pul lazımdır? -VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ