Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37462
az

SON DƏQİQƏ! Yeni qərar qəbul edildi: Yalnız bu şəxslərə icazə veriləcək 

11:3613 Avqust, 2020
2980
ÖZƏL BÖLÜM
  • A

Otellər bundan sonra yeni qaydalarla işləyəcək.

Oxu24.com  xəbər verir ki, bu barədə AZTV-də xüsusi süjet hazırlanıb. Nazirlər Kabineti otellərin yeni fəaliyyət qaydasını təsdiqləyib.

Yeni qaydalara görə, mehmanxanaya daxil olan qonağın hərarəti ölçüləcək. Bununla yanaşı, otelə əvvəlcədən yer rezerv edən və işgüzar məqsədlə gələnlər buraxılacaq. Yalnız bu şəxslərə mehmanxananın daxilindəki ictimai iaşə zonalarından, əyləncə, idman və istirahət məkanlarından istifadəyə icazə veriləcək.

Qaydalara əsasən, otelin işçiləri hər həftə COVİD-19 testindən keçməlidirlər. Xəstəlik ehtimalı olduqda isə test dərhal keçiriləcək.

80-dən artıq yeri olan otellərdə nəzarət qrupu yaradılacaq. Digərlərində isə operativ məsul şəxs təyin ediləcək.

Otellərin hər tərəfində dezinfeksiya ləvazimatları yerləşdiriləcək.

Dövlət Turizm Agentliyinin şöbə müdiri Məhəmməd Muradov bildirib ki, otellərdə həmçinin fitnes və hovuzlar da olacaq.

“Otellərdə fitnes, sauna, hovuz, hamam, spa, konfrans və s. xidmətlər leqal fəaliyyət göstərəcək. Müəyyən qaydalar çərçivəsində onlar bu xidmətləri təşkil etməli olacaqlar”, - deyə qurum rəsmisi bildirib.

Onlardan ödənişsiz istifadə ediləcək. Təması azaltmaq üçün qonaqlarla işçilərin e-mail, telefon və digər vasitələrlə ünsiyyətinə üstünlük veriləcək.

Ödənişlərə gəlincə, ödəmədə üstünlük nağdsız şəkilə veriləcək. Terminalların isə hər əməliyyatdan sonra dezinfeksiyası təmin ediləcək.

Daha ətraflı süjetdən tanış ola bilərsiniz.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?
Müdafiə Nazirliyinin 37 yaşlı generalı hansı vəzifəni tutur? - AÇIQLAMA

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi