Opera müğənnisi Eldar Əliyevin nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.
Bu barədə Oxu24.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bununla bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət olunub.
“Onun nəşinin vətənə gətirilməsi üçün şəxsi pasport məlumatlarına ehtiyac var. O, sonuncu dəfə 2000-ci ildə pasport alıb.
Arxiv məlumatlarını əldə etdikdən sonra müvafiq sənədlər toplanılaraq İtaliyanın Azərbaycandakı səfirliyinə müraciət olunacaq”, - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, İtaliyada çalışan opera müğənnisi Eldar Əliyev avqustun 4-də Milan şəhərində 49 yaşında vəfat edib.
Oxu24.com
ŞƏRHLƏR