Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb.
Oxu24.com -un məlumatına görə, bununla bağlı Bakı Hərbi Məhkəməsi qərar çıxarıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Qeyd edək ki, Əfqan Nağıyev və Sahil Mühafizə Xidmətinin vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308-ci yəni vəzifə səlahiyyətlərini aşma, 311.3-cü yəni külli miqdarda rüşvət alma maddələri ilə ittiham irəli sürülüb.
Oxu24.com
ŞƏRHLƏR