Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37172
az

İmişlidə əməliyyat: Polis qadını həbs etdi (VİDEO)

19:0208 Avqust, 2020
1768
OXU24 TV
  • A

İmişlidə dələduzluqla məşğul olan qadın saxlanııb. 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, bir qrup sakin İmişli Rayon Polis Şöbəsinə müraciət edərək onlara qarşı dələduzluq edildiyini bildiriblər. 

Daxil olan məlumat əsasında keçirilən əməliyyat axtarışları zamanı  İmişli rayon sakini, Sevda Quliyeva saxlanılıb. Keçirilən istintaq tədbirləri zamanı saxlanılan şəxsin müxtəlif vaxtlarda etdiyi dələduzluq əməlləri  üzə çıxıb. 

Belə ki, adı çəkilən şəxs etibardan sui-istifadə edərək 2019-cu ildə Şəmayil Sarızadəyə yalan vəd verərək onun 2000 manat pulunu ələ keçirib. 

Həmçinin Sevda Quliyeva İmişli rayon sakini Züleyxa Xanmədova adlı şəxsi də müxtəlif bəhanələrlə aldadaraq 9000 manat dəyərində 108 qram çəkidə qızıl-zinət əşyalarını əldə edib. 

Bundan başqa, Sevda Quliyeva rayon sakini Şahin Əhmədovu aldadaraq ona avtomobil satmaq adı ilə ziyan vurub. 

Saxlanılan Sevda Quliyeva eyni əməllə rayon sakini Zəkəray Cəfərovu da aldadıb. 

Sevda Quliyevanın etdiyi dələduzluq əməlləri bununla da yekunlaşmır. Belə ki, Bundan o saxta ABŞ dollarından istifadə edərək qızıl-zinət məmulatları satan Tofiqə Ağacanova qarşı da dələduzluq edib.

Faktla bağlı cinayət işi açılıb istintaq davam etdirilir. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail qüvvələri TRT komandasına hücum edib
ABŞ-da əkiz qüllələrin uçması ilə bağlı yeni görüntülər ortaya çıxıb
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı