Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37158
az

Qızartmalar üçün hansı yağları seçməli: rus alim xəstəlik mənbəyi olan qidaları açıqladı

18:3508 Avqust, 2020
515
CƏMİYYƏT
  • A

Qızartmalar üçün kərə yağından istifadə etmək təhlükəli ola bilər.

Oxu24.com bildirir ki, bu barədə Sputnik radiosuna müsahibəsində qastroenteroloq, dietoloq, tibb elmləri namizədi İrina Berejnaya bildirib.

Onun fikrincə, ən yaxşısı ərzaqları quru tavada, ya da qril şəklində qızartmaqdır. Amma çoxları bunu kərə yağında etməyə üstünlük verirlər. Əgər kərə yağını təzə-təzə yemək təhlükəsizdirsə, ondan məhsulların qızardılması üçün istifadə etməmək daha yaxşıdır.

"Təzə kərə yağı müəyyən miqdarda tamamilə təhlükəsizdir. O, həmçinin xolesterin mübadiləsinə təsir baxımından özünü doğruldur. Qızardılmış məhsullara gəldikdə, burada kərə yağını istifadə etməmək daha yaxşıdır. 70 dərəcədən yuxarı temperaturda bizim orqanizmimizə lazım olmayan və uzun müddət istifadə zamanı onkoloji xəstəliklərə səbəb ola biləcək sərbəst radikallar meydana çıxır", - deyə İrina Berejnaya xəbərdarlıq edib.

Dietoloq deyib ki, yeməkləri hazırlamaq üçün quyruq yağından istifadə edə bilərsiniz, amma bu da ən yaxşı seçim deyil.

"Quyruq yağı öz strukturuna görə çox maraqlı məhsuldur. Həmçinin xolesterin mübadiləsinə mənfi təsir göstərmir. Bundan yeməklərin hazırlanmasında istifadə edilə bilər. Lakin uzun müddət istifadə edildikdə və yüksək temperaturda çox yüksək kalorili olacaq. Buna görə də eyni sərbəst radikalların meydana gəlməsi mümkündür. Ola bilsin, sərbəst radikallar kərə yağına nisbətdə daha az əmələ gələcək. Məhsulları zeytun yağında qızartmaq daha yaxşıdır, çünki bu, yüksək temperaturda sərbəst radikalların meydana gəlməsini təmin etməyən yeganə yağdır", - deyə dietoloq əlavə edib.

Xatırladaq ki, bu günlərdə həkim-dietoloq Andrey Bobrovski qafqazlıların uzunömürlülüyünün sirrinin manqalda bişmiş ətdə olduğunu demişdi. "Ətin qrildə və ya manqalda bişirilməsi ən dietik üsuldur. Digər üsullardan fərqli olaraq açıq manqalda bişirmə artıq yağları aradan götürür. Yağ bişdikdə əriyib axır. Tavada bişirilən zaman isə əksinə yağ yığılır və ətə hopur", - deyə Bobrovski bildirmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Əsədov daha bir qərar imzaladı
"Dəmiryol nəqliyyatı haqqında Nizamnamə" təsdiqləndi
Əli Əsədov qərar imzaladı

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı