Beyləqan rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayonun Mil qəsəbə sakini V. Quliyevin qəsəbə ərazisində işlətdiyi hotelin əxlaqsız yuva kimi fəaliyyət göstərdiyi müəyyən edilib.
DİN mətbuat xidmətinin Bərdə regional qrupundan Oxu24.com-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin hoteli icarə əsasında işlədən V. Quliyev və orada olan 2 nəfər müştəri saxlanılaraq Beyləqan RPŞ-yə gətirilib.
Faktla bağlı Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR