Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37038
az

Aşıq da narazıdır: “Müğənni yazıq gedib fəhləlik eləsin?!”

23:4606 Avqust, 2020
489
ŞOU-BİZNES
  • A

“Yetim müğənnilər 6-7 aydır işsizdir”

“Deyirlər ilin axırına qədər bu vəziyyət davam edəcək. Bəs neynəməli, necə dolanmalıdırlar?!”

“Mall”lar, Sədərək bazarı, restoranlar açılsa, yaxşı olar”

“Şükür  Allaha  bəzi  müğənnilər  kimi kreditlə nə isə almamışam, ağıllı adamam. İnsan gərək  sabahanı da düşünsün, ağılla-başla  iş görsün”.

Oxu24.com xəbər verir ki, bu sözləri “Sherg.az”a açıqlamasında aşıq Namiq Fərhadoğlu deyib. O işlərini toy üzərində qurmadığını, başqa gəlirlərinin də olduğunu qeyd edib:

“Müəlliməm, tələbələrim var. Bundan da əlavə gündəlik iki saat efir aparıram, layihələrim var”.

“Maddi sıxıntıları olan müğənnilərə gəlincə N.Fərhadoğlu vurğulayıb ki, Opreativ Qərargah və TƏBİB  sənət adamlarını da fikirləşməlidir:

Onlar da yazıqdır. Təkcə musiqidən anlayır, mahnı oxumağı bacarır. Neynəməlidir? Gedib fəhləlik etməlidir? Ona da  iş yoxdur.  Onlara da  yardım edilməlidir.  Beş-on gündən sonra məhərrəmlik ayı gəlir. Ən azından restoranlar açılsa, müğənnilər karantin olmayan rayonlarda  ailəsi üçün pul qazanar. Oğurluq  etmirlər ki?! Dövlətin tədbirlərində müğənnilər gedib, çıxış edirlər.  İndi də bu  yetim müğənnilər  6-7 aydır işsizdir.  Hətta deyirlər ilin axırına qədər bu vəziyyət  davam edəcək . Bəs neynəməli,  necə dolanmalıdırlar?

Aşıq karantin dövründə etdiyi yardımlardan da söz açıb:

“Şükür Allaha öz işimi qurmuşam. Karantin dövründə  Gədəbəydə 100, Bakıda 500 nəfər olmaqla ümumillikdə 600 adama  yüksək  səviyyədə yardım göstərdim. “ARB” kanalından da gəlib çəkmişdilər. Fiziki qüsurlulara, Qarabağ qazilərinə, imkansız  adamlara  “əl uzatdım”. Bu bayramda da iki qurban kəsdim, 14 ailəyə payladım. İnstaqram da paylaşmışdım ki, ehtiyacı olan on dörd nəfər müraciət etsin.

İnanırsız 150 nəfər yazdı. Dedim, vallah on dörd ailəni nəzərdə tutmuşam. İki qoyun idi, amma iki yüz adamın ehtiyacı var idi.  Dövlətimiz də  vətəndaşlara köməklik edir, sağ olsunlar… Heydər Əliyev Fondu nə qədər insana yardım göstərdi.

Onu da qeyd edim ki, “Mollar, Sədərək bazarı, restoranlar açılsa, yaxşı olar. Çünki biri qabyuyandır, biri ofisiantdır, digəri kabab bişirir və sair işlərdə çalışanlar var. Azərbaycanda hər şey restoran üzərində qurulub”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mətanət İsgəndərli ötən gün vəfat edən qardaşından yazdı - FOTO
Çingiz Mustafayevin toyu olacaq
Mehriban Xanlarovanın 24 kvadrat metrdəki həyatı - VİDEO

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü