Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37006
az

Azərbaycanda karantin rejimi ilə bağlı qərar verilir - Baş nazir AÇIQLADI

18:0606 Avqust, 2020
5020
ÖZƏL BÖLÜM
  • A

“Cənab Prezident, qalan 13 şəhər və rayonda yumşalma prosesləri başlanılıb. Yay fəsli nəzərə alınaraq qərara alınıb ki, insanlar çimərliklərdən istifadə edə bilərlər. Əsas məqamlardan biri də ondan ibarətdir ki, SMS icazə, icaze.e-gov.az portalı vasitəsilə tərk etmək sistemi ləğv olunduqdan sonra şəxslər sərbəst hərəkət edə bilirlər”.

Oxu24.com -un  məlumatına görə, bunu avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə Baş Nazir Əli Əsədov deyib. 

O qeyd edib ki, növbəti yumşalma proseslərinə də hazırlıq gedir:

“Onu da məruzə etmək istəyirəm ki, vəziyyətin yaxşılaşma istiqamətində inkişaf etdiyini nəzərə alaraq, Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür.

Bununla əlaqədar, bildirmək istəyirəm ki, insanlarımız maska və sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara hələ uzun müddət riayət etməlidir.

O cümlədən həkimlərin və sanitar-epidemioloji qurumların tövsiyəsinə əsasən, açılmaqda olan obyektlərin fəaliyyəti üzrə bizim tərəfimizdən lazım olan bütün təlimatlar hazırlanıb.

Buna nəzarət üçün xüsusi qruplar və qurumlar ayrılıb.

Əhali və sahibkarlar da bilməlidir ki, həmin qaydalara çox ciddi şəkildə riayət olunmalıdır və buna xüsusi nəzarət ediləcək”.

Günün  təklif  olunan  videosu:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO