Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36905
az

Beyrutda partlayış: Erməni mərkəzi göyə sovruldu : Xeyli sayda ölən var

21:2004 Avqust, 2020
1982
OXU24 TV
  • A

Livanın paytaxtı Beyrut şəhərində partlayış baş verib.
 
Oxu24.com -un  məlumatına görə bu haqda xəbəri Zartonk Media Qrupu yayıb.
 
Yayılmış görüntülərdə partlayış zamanı obyektlər əks olunub.
 
Partlayışdan əsasən Beyrutdakı erməni mərkəzləri və biznes obyektlərinin zərər çəkdiyi bildirilir.

Beyrutda baş vermiş partlayış nəticəsində azı 10 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi Livan təhlükəsizlik qüvvələri və səhiyyə xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl “Al Arabiya” telekanalı partlayışda azı 6 nəfərin öldüyünü bildirmişdi.

Partlayış nəticəsində yüzlərlə yaralının olduğu da deyilir.

 

“Sky News Arabia” telekanalı paytaxt qubernatoruna istinadən xəbər verib ki, yanğından mühafizə briqadalarından biri ilə əlaqə kəsilib, onların yeri məlum deyil.

***

Saat 20:46

Livanın paytaxtı Beyrutda baş verən partlayış nəticəsində azı altı nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

“Bir qədər əvvəl Livan paytaxtının limanında pirotexnika anbarında baş vermiş partlayış bölgəsində altı nəfərin cəsədi tapılıb”, - deyə telekanalın məlumatında deyilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail qüvvələri TRT komandasına hücum edib
ABŞ-da əkiz qüllələrin uçması ilə bağlı yeni görüntülər ortaya çıxıb
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı