Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36881
az

SON DƏQİQƏ! DİN rəsmən açıqladı: Rayona getmək üçün...(VİDEO)

18:4404 Avqust, 2020
2895
OXU24 TV
  • A

Daxili İşlər Nazirliyi (DİN) avqustun 5-dən rayonlara gediş-gəlişin necə tənzimlənəcəyini açıqlayıb.

Oxu24.com  xəbər  verir  ki, Nazirliyin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən xüsusi karantin rejimi avqust ayının 31-dək davam edəcək:

“Paytaxt Bakı da daxil olmaqla ölkənin 13 şəhər və rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunur.

Həmin şəhər və rayonlara giriş və çıxışa nəzarəti əvvəlki dövrdə olduğu kimi xüsusi polis postlarında xidmət aparan polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həyata keçiriləcək.

Postlardan yalnız ölkədaxili hərəkətinə “icaze.e-gov.az” portalı vasitəsilə icazə verilmiş şəxslər və onların nəqliyyat vasitələri buraxılacaqdır.

Onu da bildirim ki, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış da eyni qayda ilə tənzimlənir”.

Həmçinin oxu:  SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi: Sabahdan etibarən...

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail qüvvələri TRT komandasına hücum edib
ABŞ-da əkiz qüllələrin uçması ilə bağlı yeni görüntülər ortaya çıxıb
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı