Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36850
az

Azərbaycanda 273 nəfərdə qorxunc xəstəlik tapıldı

12:4804 Avqust, 2020
432
TİBB
  • A

Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən Azərbaycan vətəndaşları arasında 2020-ci ilin 6 ayı ərzində İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxma hallarının 15,8%-i, ümumilikdə isə 1992-ci ildən 01.07.2020-ci il tarixədək yoluxma hallarının 40,3%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövrüyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan Oxu24.com-a  verilən məlumata gorə, ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkar olunmuş 8 408 nəfərdən 3 344 nəfəri inyeksion narkotik istifadəçisi olub ki, onların da 2605 nəfəri (78,8%) dispanser qeydiyyatına götürülüb.

Ümumiyyətlə, qeydiyyatda olanları 6096 nəfəri Qazanılmış  İmmun Çatışmazlığı Sindromunun (QİÇS) daşıyıcısıdır. 1988-ci ildən etibarən İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların ümumilikdə sayı1093 nəfər olüb.

Bildirilib ki, ölkədə İİV-ə narkomanların yeni yoluxma sayında azalma müşahidə olunur. 2020-ci ilin 6 ayında aşkarlanmış 273 nəfər İİV-ə yoluxmuş Azərbaycan vətəndaşının 43 nəfəri inyeksion narkotik istifadəçisi olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ