Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36846
az

DİN-dən rayonlara gediş-gəlişlə bağlı XƏBƏRDARLIQ

12:1204 Avqust, 2020
2211
ÖZƏL BÖLÜM
  • A

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonlara giriş-çıxış qadağandır. Qadağalara nəzarət Daxili İşlər Nazirliyinə (DİN) həvalə olunub.

Bu barədə Modern.az-a danışan DİN-nin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, bu addım xüsusi karantin rejimi çərçivəsində insanların sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.

O qeyd edib ki, fəaliyyətinə icazə verilən qurumların əməkdaşları bir rayondan digərinə icazə ilə gedə biləcək:
 
"Bu ezamiyyə və digər sənədlərlə mümkündür. Amma hansısa qurumun əməkdaşı xidməti vəsiqə ilə olduğu şəhər və rayonu tərk edə bilməyəcək. Daha təfsilatlı məlumat araşdırmalardan sonra açıqlanacaq”.

Ezamiyə sənədi olanların şəxsi avtomobildən istifadəsinə gəlincə, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Modern.az-a deyib ki, hazırda bu məsələ müzakirə olunur:

"Bir neçə varinat üzərində iş aparılır. Kimlərin hansı formada gediş-gəlişinə icazə veriləcəyilə bağlı günün sonunadək ictimaiyyətə açıqlama veriləcək. Hələ ki, sərtləşdirilmiş karantin rejimi sabah səhər saat 6-ya qədər qüvvədədir”.

Qeyd edək ki, karantin rejiminə əsasən, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarına giriş və çıxış məhdudlaşdırılıb.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

30 ildir öz evinə girə bilmir - Sumqayıtda məhkəmə qərarının icrasını kim yubadır?
Şirvan xəstəxanasında ŞOK! Həkimlə xəstə əlbəyaxa oldu - FOTOLAR
Qazinin ev almasına kimlər əngəl olur? - ŞİKAYƏT

İki metr uzunluğu olan telefon təqdim edilib

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var