Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36671
az

Hulusi Akar: "Dünən Azərbaycanın yanında olduq, bu gün varıq, sabah da olacağıq"

16:3801 Avqust, 2020
387
DÜNYA
  • A

“Azərbaycan türkü bizim qardaşımızdır. Biz həmişə bunu demişik, iki dövlət bir millətik. Yəni azərbaycanlılar bizim can qardaşımızdır. Oradakı Azərbaycan türkü ilə olan bizim münasibətlərimizi yaxşı anlamaq lazımdır. Biz kədərdə, sevincdə birik və bərabərik”.

OXU24.COM  xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar “Al Jazeera” telekanalına müsahibəsində deyib.

“Azərbaycan torpaqlarının 20%-i 30 ildir ki Ermənistanın işğalı altındadır. Biz bu məsələdə azərbaycanlı qardaşlarımızın dünən də, bu gün də mübarizəsində yanlarındayıq.

Dünən olduq, bu gün varıq, sabah da olacağıq.

Bizim gördüyümüz işlər 12 iyul hücumundan sonra başlamış şeylər deyil. Bu, Türkiyə ilə Azərbaycan arasında var olan münasibətlərin davamıdır.

Yəni bizim hər il keçirdiyimiz quru və hava təlimləridir. Türkiyədə, Azərbaycanda etdiklərimiz var, indi də edilənlər bundan ibarətdir”, - nazir vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putinə Olimpiya oyunlarında atəşkəslə bağlı müraciət edildi
Berlin İsraili silahlandırmaqda davam edəcək
Ukraynanın dövlət borcu iyunda daha 1 milyard dollar artıb

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ